Azərbaycan baş nazirinin müavini Fransa səfirliyində başsağlığı verib - FOTO
Baş nazirin müavini Elçin ƏfəndiyevAzərbaycan hökuməti və Prezidenti adından noyabrın 13-də Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində başsağlığı verib. Azərtaym.az "Report"-a istinadən xəbər verir ki , səfirliyin inzibati binasında E.Əfəndiyev Fransanın Azərbaycandakı səfiri Aureliya Buşeyə başsağlığı verib, eləcə də başsağlığı kitabında ürək sözlərini yazıb. Səfir A.Buşe isə öz növbəsində, səmimi sözlərinə görə baş nazirin müavininə təşəkkür edib. O qeyd edib ki, azərbaycanlıların səfirliyə gül dəstələri gətirməsi və kədərini ifadə etməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. E.Əfəndiyev jurnalistlərə açıqlamasında bu faciənin bütün bəşəriyyəti şoka saldığını deyib. O, Azərbaycan Prezidentinin elə həmin gün Fransa prezidentinə və xalqına başsağlığı verdiyini xatırladıb. Baş nazirin müavini həmçinin, bu faciənin fransızların ruhunu qıra bilməyəcəyinə əminliyini ifadə edib.