Şeyx kişiləri qadınlardan seçilmək üçün saqqal buraxmağa çağırdı…
Türkiyənin “FMTV” kanalındakı “Gizli gerçəklər” adlı verilişdə tanınmış din xadiminin kişilərin saqqal saxlayıb-saxlamaması barədəki suala cavabı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Şeyx Murat Bayyaral kişinin qadından seçilməsi üçün saqqal buraxmasının vacibliyini vurğulayıb.
“Kişinin xanımının saqqal saxlamasına razı omadığı üçün üzünü qırxması doğrudurmu” sualına türk ruhani belə cavab verib:
“Kişinin saqqal bıuraxması üçün xanımından müsaidə almasına gərək yoxdur. Kişi saqqal buraxmalıdır. Kişi qadından seçilmək üçün saqqal saxlamalıdır zatən. Kişini qadından ayıran iki uzvundan biri də saqqaldır. Təsəvvür edin ki, irəlidə bir adamın gəldiyini gördünüz: uzun saçlı… İndi də ki, qadınımız kişimiz eynı cür geyinir. Baxırsan ki, qarşıdan gələn uzun saçlıdır, saqqalı da yox. Yaxınına gələnə qədər onu qadın zənn edərsən. Və Allah uzaq eləsin, nəfsin səni bir sürü əcaib düşüncələrə də soxar. Nə gərək var insanların hisslərini yersiz məşgul etməyə…”
Yəni türk din xadimi demək istəyir ki, saqqalsız göyçək, bəzən də uzunsaç kişilər digər kişilərin qeyri-iradi onlara qadın kimi şəhvətlə baxmasına, yəni homoseksual hisslərə gətirib çıxara bilir. Bu da cəmiyyətdə homoseksuallıq kimi qeyri-əxlaqi, Allaha zidd davranışların artmasına gətirib çıxarır...
P.S. Azərbaycanda da tarixən - Dədə Qorquddan, Nizamidən, Füzulidən, Babəkdən, Xətaidən, Koroğludan, Cavad xandan, Seyid Əzim Şirvanidən, Sabirdən və s. üzü bəri bütün klassik kişilər qaydasında bığ-saqqal saxlayıblar. Burda qorxulu bir şey yoxdur…