Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir? - ÖZÜ AÇIQLADI
Xalq artisti Flora Kərimovanın digər xalq artisti Zeynəb Xanlarovaya qarşı başlatdığı “soyuq müharibə” media müstəvisində davam edir. Görünən odur ki, Flora Kərimova hər dəfə Zeynəb xanım mətbuata ona aid olmayan açıqlama verəndə qıcıqlanır, sərt mövqe nümayiş etdirir. Bu, yalnız bir dəfə deyil, dəfələrlə olub. Bununla bağlı xalq artisti Flora Kərimova Modern.az-a açıqlama verib: F.Kərimova qeyd edib ki, onun Zeynəb Xanlarova ilə heç bir problemi yoxdur: “Amma o insan ümumiyyətlə danışdıqlarını başa düşürmü? Bu xalqın problemi ancaq hasardı? Bu yolu hamımız bilirik, ancaq çox adam yaltaqlığı özünə sığışdırmır. Deyirlər, Zeynəb Xanlarova yaxşı iş gördü. Özünə qeyddən başqa hansı iş gördü? O elə bilirdi, məni qorxuda bilər? Mənim kimi insanların qabağını almaq olar? Zeynəb Xanlarovanın tərəfini saxlayanlar söyüş qazanır. Zeynəb, bircə şeyi mənə başa sal, sən hansı analıq hissi ilə Milli Məclisdə ailənin yeganə oğlunun müharibəyə getməsini təklif edirsən? Çıx, Milli Məclisdən! Nə ağlın ora yaraşır, nə hərəkətin, nə də bacarığın. Orada camaata həyan duran deputatlardan utan! Dilin varsa, dilçəyin olsun. Mən vətəndaşam. Bir millət vəkili kimi bu xalqa canı yansın. Məni millət deputat seçdi, sən mənim sıramda ola bilərsənmi?
Maraqlıdır, hər iki xalq artistinin arasındakı problem nədən qaynaqlanır? Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir?
“Əsas məsələ Zeynəb Xanlarova bu millətdən nə istəyir? Onun tərəfini saxlayanlar bax buna cavab versin. O həmənki Zeynəb Xanlarovadır ki, ailənin yeganə oğullarını mütləq müharibəyə aparmaq lazım olduğunu deyib. O, hər ailənin soykökünü kəsəndə millətdən nə istəyirdi? Zeynəb Xanlarova xalqına “qara camaat” deyəndə nə istəyirdi? Onun bir sözü var idi: “Mən danışmıram, danışmıram, amma danışanda da yaxşı danışıram”. Yaxşı danışmaq bu idimi? Görün, nə qədər ailələr övladlarını itirdi. Sən orada millət vəkili kimi oturub niyə danışmırsan? Danışmırsansa, niyə bu milləti təmsil edirsən, sənin orada nə işin var? Danışanda da ancaq onu kəs, bunu kəs-deyirsən”.
Zeynəb Xanlarova deyir ki, Azərbaycanı dünyaya tanıtdı. Azərbaycanı dünyaya Niyazi kimi əjdaha, Rəşad Behbudov kimi dahi, Tofiq Quliyev kimi görkəmli bəstəkar tanıtdı. Azərbaycan o günə düşüb ki, onu Zeynəb Xanlarovanın şıdırğı mahnıları tanıdır?”.
P.S. Belə anlaşıldı ki, Flora Kərimova Zeynəb Xanlarovanın deputat olmasına qarşıdır.