Erməniyə QAN uddurub, boksa ƏDALƏT gətirən, MİLLƏT VƏKİLİ - MÜSAHİBƏ
Ölkəmizdə idmanın sürətli və keyfiyyətli inkişafı artıq heç kimə sirr deyil. Ancaq idman təkcə yaşıl meydanlarda, kortlarda, döşəklərdə, rinqlərdə gördüyümüz döyüşlərlə bitmir. Hər işdə olduğu kimi bu işin də mətbəxində olduqca gərgin şəraitdə çalışan, illərini bu sahəyə sərf edən insanlar və onların əməyi var. Azərbaycan və dünya idmanına böyük əmək sərf edən belə şəxsiyyətlərdən biri də ölkəmizin Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, millət vəkili Ağacan Abıyevdir. Publika.az 6 dəfə Azərbaycan çempionu olan keçmiş boksçu Ağacan Abıyevlə müsahibəni təqdim edir: - Ağacan müəllim, söhbətimizə elə həyatınızın başladığı yerdən başlayaq... - Atam Qulam kişi ilə anam Rübabə xanım Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. 1917-ci il oktyabr inqilabının sorağı cənuba çatanda atam bacısı Şəhrəbanı, anam isə öz anası ilə birlikdə Bakıya, Balaxanı neft mədənlərində işləməyə gəlir. Təbii ki, bir-birilərindən xəbərsiz... Valideynlərim 1928-ci ildə evlənir və 9 övlad dünyaya gətirirlər. 1937-ci il repressiyaları tüğyan edən zaman iranlılar deportasiya edilirdi. Bizi həmin deportasiyanın caynağından atamın mədənçi olması xilas etdi və beləliklə, sovet vətəndaşı olduq.
- Sonra ömrün ən unudulmaz hədiyyəsi - uşaqlıq dövrü... - Uşaqlığım da, məkətb illərim də çox gözəl olub. Valideynlərim savadsız idi. Ancaq bizim oxumağımızı çox istəyirdilər. Ona görə biz təhsil ala bildik. 1953-cü ildə böyük qardaşım həyatımın dönüş nöqtəsi olan günü yaşatdı. Məni özünün məşq etdiyi Suraxanıdakı boks zalına apardı. Məşqçi Oleq Kuxarenko arıq olduğum üçün üz-gözünü turşutdu. Mən isə 1 il sonra boks üzrə Bakı çempionu oldum. 1 il sonra yenidən öz uğurumu təkrar etdim. Sonra Moskvada Gənclərin Ümumittifaq yarışında 1-ci yeri tutdum. Beləcə uğur uğur dalınca gəlirdi...
- Bəs necə oldu ki, birdən-birə mühəndis oldunuz? - Həmişə atam işdən gələndə üst-başı mazut, toz-torpaq içində olurdu. Bizi qoymurdu onu qucaqlayaq. Deyirdi ki, oxuyun, həkim olun, mühəndis olun. Mən fəhlə paltarında gəzirəm, siz qalstukda gəzin. Düzdür, uğurlarıma sevinirdi. Ancaq deyirdi ki, nə vaxtacan yumruq döyüşdürəcəksən? Bu nə sənətdir? Özünə peşə tap. Mən də ona qulaq asıb sənədlərimi verdim Azərbaycan Sənaye İnsitutuna. Ancaq boks sevgisi yaxamı buraxmadı. 1956-da hazırlaşıb getdim Dövlət Bədən Tərbiyəsi İnsitutuna. 2-ci kursda “SSRİ İdman Ustası” laureatı oldum. “Dinamo”, “Spartak” kimi idman cəmiyyətlərindən təklif alırdım. Ancaq geri qayıdıb Bakı kəndlərində məşqçilik etdim. 4 ildən sonra tələbəm “SSRİ İdman Ustası” adını aldım. Sonra “Neftçi” idman cəmiyyətinə baş məşqçi təyin edildim.
- Elmə maraq hardan yarandı? - 60-cı ildə Riqada yarış var idi. Həm baş məşqçi kimi getdim, həm də özüm iştirak edib 2-ci yeri tutdum. Qayıdanda 2 gün Moskvadakı qardaşımın yanında qaldım. Orada tələbələrin qızğın müzakirələri məni elmə tərəf çəkdi. 1961-ci ildə sənədlərimi verdim Azərbaycan Politexnik İnsitutunun avtomatika və hesablama texnikası fakültəsinə. Metallurgiya proseslərinin avtomatlaşdırılması ixtisasına qəbul oldum. - Elm sahəsində 4 ixtiranız var. Hətta biri boksla bağlıdır. - 1967-ci ildə elmi rəhbərim Yuri Dmitriyeviç dedi ki, polad təbəqə yayma prosesində çatışmazlıqlar var. Listlər aparatdan qeyri-bərabər formada çıxır. Mən biologiyada tətbiq edilən ensifoloqrama anlayışıından istifadə etdim və polad layların bərabər və düz şəkildə formaya salınmasını təmin etdim. Beləliklə, mənim kəşfim metallurgiya zavodların yayma dəzgahlarında sınaqdan keçirildi. Bu dəzgahlarda rentgen qalınlığı ölçən cihaz idi. Digəri isə boks yarışlarında istifadə olunan cihaz idi. Bir kompüteri kəsib-doğradım, bəzi cihazlar əlavə elədim. Bu cihaz vasitəsilə jüri heyətində oturan hakimlər boksçuların vurduğu dəqiq zərbələri hesablamaq imkanı əldə etdi. Beləliklə, boksa ədalət gəldi.
- O dövrlərdə boks fəaliyyəti nə yerdə qaldı? - 1957-ci ildən məşqçi kimi fəaliyyətə başlamışam. İlk tələbəm 11 qat Azərbaycan çempionu, SSRİ İdman ustası Balasan Eynullayev olub. Taleyə bax, özüm 6 dəfə, tələbəm 11 dəfə ölkə çempionu olub (gülür). Tələbələrimdən Akif Nağıyev, Rafael Teneşev, Akif Ağayev, Səlimov qardaşları dəfələrlə ölkəmizdə və ümumittifaq çempionatlarında qalib olublar. 1966-cı ildə boksla bir boksçu kimi, 1 il sonra isə məşqçi kimi vidalaşdım. Lipetsk şəhərində işləyərkən şəhərdə təsadüfən “Dinamo” cəmiyyətinin baş məşqçisinə rast gəldim. Onunla bir az söhbətləşdik. Bir neçə gün sonra 3-4 məşqçi yanıma gəldi və mənə vilayət yarışlarında hakimlik etməyi tövsiyə etdi. Sonra beynəlxalq dərəcəli hakim Abbas Ağalarovun dostu Andrey Timoşin məndən rica etdi ki, SSRİ çempionatlarında hakimlik edim. Beləliklə, 1975-ci ildə ittifaq birinciliklərində hakimlik etdim. 1978-ci ildə ümumittifaq dərəcəli hakim, 82-də beynəlxalq dərəcəli EABA, 86-da isə AİBA hakimi oldum. 5 dəfə SSRİ üzrə ən yaxşı 10 hakimdən biri seçildim. İki dəfə ABŞ-da SSRİ-ABŞ qarşılaşmalarını idarə etdim. Sonuncu dəfə dünya şöhrətli Məhəmməd Əlinin yubiley turnirində hakim kimi rinqə çıxdım və 25 illik karyeramı başa vurdum. - Məhəmməd Əli ilə görüşünüzdən hansı xatirələr qalıb? - Luisville şəhərində görüşmüşdük. Ona üzərində bizim Göy məscidin fotosu olan xalça bağışladım. Müsəlmanlığı təzəlikcə qəbul etmişdi. Hədiyyəyə görə çox sevindi. Məni öpüb qucaqladı. Sonra maraqlandı ki, ölkəmizdə dünya çempionatlarında iştirak edən olubmu. Xoşbəxtlikdən, 1994-ci ildə Tailandda keçirilən dünya kuboku çempionatında azərbaycanlı boksçu Rövşən Hüseynov qalib gəlmişdi. O da həmin görüşdə iştirak edirdi. Məhəmməd onun da əlini sıxdı və bizi təbrik etdi.
- Boksçu olduğunuz dövrlərdə ən yaddaqalan döyüşləriniz hansılar olub? - Ruisyadakı çempionatlarda komanda şəklində iştirak etdiyimiz yarışlar. 10 nəfərlik heyətlə getmişdik. Heyətimizdə 4 erməni də var idi. Qarşılaşdığımız komandlarda da ermənilər çox idi. Bizim komandada Rafael Qriqoryan adlı boksçu vardı. Mən ona təkbətək döyüşlərdə 4 dəfə qalib gəlmişəm. Rafael həmişə şikayətlənirdi ki, Abıyev keç başqa çəkiyə də. Heç olmasa mən də bir dəfə çempion olum. Ancaq mən ona aman vermirdim (gülür). O vaxt heç kim inanmırdı. Hamı deyirdi ki, Ağacan arıqdı, cavandı, o bacarmaz. Lakin mən elə həmin vaxtlarda çempionluğun zirvəsində idim. - Milli Məclisə 3 çağırışda deputat olmusunuz. Bu sahədə işlər necədir? - Millət vəkili olmaq sadəcə hansısa şərəfə malik olmaq, hansısa uğurun astanasında dayanmaq anlamı daşımır. Həqiqi millət vəkili olmaq istəyənlər yalnız insanların sosial həyat tərzini yaxşılaşdırmaq, onlara normal güzəran vermək məqsədi güdməlidir. Seçiciyə verdiyi vədə əməl etmək isə millət vəkilinin vicdan məsələsidir. Hazırda İntizam Komissiyiyasının sədri, elm və təhsil, həmçinin, ailə, qadın və uşaq məsələləri üzrə komitələrin üzvüyəm. Parlamentimiz dünyanın əksər Milli Məclisindən mədəni, intizamlı və yerini bilən bir toplanışdır. Əsl “seçilmişlər” qurumu! Həmkarlarımızdan heç birini digərindən ayırmırıq. Hər kəs öz xarakteri çərçivəsində çox gözəl insandır. Ən yaxşı yoldaş yolda tanınar deyiblər. Biz isə yola çıxanda qətiyyən narahatlıq keçirmirik. Çünki hər kəs bir-birilə yaxşı yola gedir.
- İntizam komitəsinin sədrisiniz. Parlamentdə intizam qaydaları pozulan zaman necə cəza tətbiq edirsiniz? - İntizam komitəsi olaraq, deyərdim ki, lap işsiz qalmışıq. Çünki məclis çox səliqəli şəkildə öz işini görür. Arada olur ki, hansısa deputat çıxışı zamanı etik qaydalar çərçivəsində olmayan sözdən istifadə edə bilir. Bu durumda komitə onu iclasdan sonra dəvət edir və iradını bildirir. Millət vəkili isə səhvini başa düşür və üzr istəyərək məsələni bağlayır. İntizam komitəsinin cəzası hələ ki, bu mərhələdən o tərəfə keçməyib. - Parlamentdə ən çılğın, alovlu xarakterdə olan deputat kimdir? - Bunu deyə bilmərəm. Hər kəs özünə, öz xasiyyətinə görə bir xarakter formalaşdırıb. Ancaq hər kəs parlament səviyyəsində öz hisslərini də, sözlərini çatdıra bilir. - Ağacan müəllim, 80 yaşınız var və... - (Sözümü kəsərək) yox, qızım, şəxsiyyət vəsiqəmi dəyişmişəm (gülür). - Çox gözəl... Bu yaşda bu qədər enerjini, zamanı haradan tapırsınız? Bir neçə işin məsuliyyətini eyni zamanda necə daşıyırsınız? - Mən boş dura bilmirəm. Elə öz-özümə deyirəm ki, nəsə etməliyəm. Tələbə vaxtı da belə idim. İkinci kursda oxuyanda həm də məşqçilik edirdim. Bu həyatım boyunca belə davam etdi. Bəs bu qədər işi mən görməsəm kim görəcək? Gərək gedək başqasına ağız açaq. O da bizə yaraşmaz. Öz insanlarımız, gənclərimiz dura-dura niyə başqasından kömək umaq?
- Bu qədər işin içində boş vaxt tapa bilirsiniz? - Boş vaxtlarımda rəsm çəkməyi sevirəm. Məncə, bu məndə əla alınır. Rəsm çəkməyə hələ Lipetskdə işlədiyim zamanlardan başlamışam. İnstitutda ziyarətimə gələn qonaqlar işlərimi çox bəyənirdilər. Onlar arasında Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da var idi. O, mənə yağlı boya ilə işləməyi məsləhət gördü. Əvvəl tərəddüd etdim. Sonra həvəsləndim və yağlı boya ilə çəkməyə başladım. - Sevdiyiniz rəssam kimdir? - Səttar Bəhlulzadə. Həm də mənim yerlimdir. Biz onunla elektriçkada bir yerdə gedib-gəlirdik. Doğrudan da, Səttar Azərbaycanın ən istedadlı rəssamlarından biridir.
- Bir təcrübəli və dünyagörmüş insan kimi biz gənclərə tövsiyələrinizi bildirin, zəhmət olmasa. - Oxuyun. İşləyin. İnkişaf edin. Özünüzə, sağlamlığınıza zaman ayırın. Dərs proqramları ilə kifayətlənməyin. Yaxşı mütəxəssis olmaq üçün əlavə araşdırmalar edin. Daim hərəkətdə olun, çalışın. Həyatınızın dəyərli anlarını gözəl şeylərə sərf edin. - Dəyərli insansınız. Hər şey üçün təşəkkürlər, Ağacan müəllim. - Mən təşəkkür edirəm. Ölkəmizdə idmanın sürətli və keyfiyyətli inkişafı artıq heç kimə sirr deyil. Ancaq idman təkcə yaşıl meydanlarda, kortlarda, döşəklərdə, rinqlərdə gördüyümüz döyüşlərlə bitmir. Hər işdə olduğu kimi bu işin də mətbəxində olduqca gərgin şəraitdə çalışan, illərini bu sahəyə sərf edən insanlar və onların əməyi var. Azərbaycan və dünya idmanına böyük əmək sərf edən belə şəxsiyyətlərdən biri də ölkəmizin Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, millət vəkili Ağacan Abıyevdir. Publika.az 6 dəfə Azərbaycan çempionu olan keçmiş boksçu Ağacan Abıyevlə müsahibəni təqdim edir: - Ağacan müəllim, söhbətimizə elə həyatınızın başladığı yerdən başlayaq... - Atam Qulam kişi ilə anam Rübabə xanım Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. 1917-ci il oktyabr inqilabının sorağı cənuba çatanda atam bacısı Şəhrəbanı, anam isə öz anası ilə birlikdə Bakıya, Balaxanı neft mədənlərində işləməyə gəlir. Təbii ki, bir-birilərindən xəbərsiz... Valideynlərim 1928-ci ildə evlənir və 9 övlad dünyaya gətirirlər. 1937-ci il repressiyaları tüğyan edən zaman iranlılar deportasiya edilirdi. Bizi həmin deportasiyanın caynağından atamın mədənçi olması xilas etdi və beləliklə, sovet vətəndaşı olduq.
- Sonra ömrün ən unudulmaz hədiyyəsi - uşaqlıq dövrü... - Uşaqlığım da, məkətb illərim də çox gözəl olub. Valideynlərim savadsız idi. Ancaq bizim oxumağımızı çox istəyirdilər. Ona görə biz təhsil ala bildik. 1953-cü ildə böyük qardaşım həyatımın dönüş nöqtəsi olan günü yaşatdı. Məni özünün məşq etdiyi Suraxanıdakı boks zalına apardı. Məşqçi Oleq Kuxarenko arıq olduğum üçün üz-gözünü turşutdu. Mən isə 1 il sonra boks üzrə Bakı çempionu oldum. 1 il sonra yenidən öz uğurumu təkrar etdim. Sonra Moskvada Gənclərin Ümumittifaq yarışında 1-ci yeri tutdum. Beləcə uğur uğur dalınca gəlirdi...
- Bəs necə oldu ki, birdən-birə mühəndis oldunuz? - Həmişə atam işdən gələndə üst-başı mazut, toz-torpaq içində olurdu. Bizi qoymurdu onu qucaqlayaq. Deyirdi ki, oxuyun, həkim olun, mühəndis olun. Mən fəhlə paltarında gəzirəm, siz qalstukda gəzin. Düzdür, uğurlarıma sevinirdi. Ancaq deyirdi ki, nə vaxtacan yumruq döyüşdürəcəksən? Bu nə sənətdir? Özünə peşə tap. Mən də ona qulaq asıb sənədlərimi verdim Azərbaycan Sənaye İnsitutuna. Ancaq boks sevgisi yaxamı buraxmadı. 1956-da hazırlaşıb getdim Dövlət Bədən Tərbiyəsi İnsitutuna. 2-ci kursda “SSRİ İdman Ustası” laureatı oldum. “Dinamo”, “Spartak” kimi idman cəmiyyətlərindən təklif alırdım. Ancaq geri qayıdıb Bakı kəndlərində məşqçilik etdim. 4 ildən sonra tələbəm “SSRİ İdman Ustası” adını aldım. Sonra “Neftçi” idman cəmiyyətinə baş məşqçi təyin edildim.
- Elmə maraq hardan yarandı? - 60-cı ildə Riqada yarış var idi. Həm baş məşqçi kimi getdim, həm də özüm iştirak edib 2-ci yeri tutdum. Qayıdanda 2 gün Moskvadakı qardaşımın yanında qaldım. Orada tələbələrin qızğın müzakirələri məni elmə tərəf çəkdi. 1961-ci ildə sənədlərimi verdim Azərbaycan Politexnik İnsitutunun avtomatika və hesablama texnikası fakültəsinə. Metallurgiya proseslərinin avtomatlaşdırılması ixtisasına qəbul oldum. - Elm sahəsində 4 ixtiranız var. Hətta biri boksla bağlıdır. - 1967-ci ildə elmi rəhbərim Yuri Dmitriyeviç dedi ki, polad təbəqə yayma prosesində çatışmazlıqlar var. Listlər aparatdan qeyri-bərabər formada çıxır. Mən biologiyada tətbiq edilən ensifoloqrama anlayışıından istifadə etdim və polad layların bərabər və düz şəkildə formaya salınmasını təmin etdim. Beləliklə, mənim kəşfim metallurgiya zavodların yayma dəzgahlarında sınaqdan keçirildi. Bu dəzgahlarda rentgen qalınlığı ölçən cihaz idi. Digəri isə boks yarışlarında istifadə olunan cihaz idi. Bir kompüteri kəsib-doğradım, bəzi cihazlar əlavə elədim. Bu cihaz vasitəsilə jüri heyətində oturan hakimlər boksçuların vurduğu dəqiq zərbələri hesablamaq imkanı əldə etdi. Beləliklə, boksa ədalət gəldi.
- O dövrlərdə boks fəaliyyəti nə yerdə qaldı? - 1957-ci ildən məşqçi kimi fəaliyyətə başlamışam. İlk tələbəm 11 qat Azərbaycan çempionu, SSRİ İdman ustası Balasan Eynullayev olub. Taleyə bax, özüm 6 dəfə, tələbəm 11 dəfə ölkə çempionu olub (gülür). Tələbələrimdən Akif Nağıyev, Rafael Teneşev, Akif Ağayev, Səlimov qardaşları dəfələrlə ölkəmizdə və ümumittifaq çempionatlarında qalib olublar. 1966-cı ildə boksla bir boksçu kimi, 1 il sonra isə məşqçi kimi vidalaşdım. Lipetsk şəhərində işləyərkən şəhərdə təsadüfən “Dinamo” cəmiyyətinin baş məşqçisinə rast gəldim. Onunla bir az söhbətləşdik. Bir neçə gün sonra 3-4 məşqçi yanıma gəldi və mənə vilayət yarışlarında hakimlik etməyi tövsiyə etdi. Sonra beynəlxalq dərəcəli hakim Abbas Ağalarovun dostu Andrey Timoşin məndən rica etdi ki, SSRİ çempionatlarında hakimlik edim. Beləliklə, 1975-ci ildə ittifaq birinciliklərində hakimlik etdim. 1978-ci ildə ümumittifaq dərəcəli hakim, 82-də beynəlxalq dərəcəli EABA, 86-da isə AİBA hakimi oldum. 5 dəfə SSRİ üzrə ən yaxşı 10 hakimdən biri seçildim. İki dəfə ABŞ-da SSRİ-ABŞ qarşılaşmalarını idarə etdim. Sonuncu dəfə dünya şöhrətli Məhəmməd Əlinin yubiley turnirində hakim kimi rinqə çıxdım və 25 illik karyeramı başa vurdum. - Məhəmməd Əli ilə görüşünüzdən hansı xatirələr qalıb? - Luisville şəhərində görüşmüşdük. Ona üzərində bizim Göy məscidin fotosu olan xalça bağışladım. Müsəlmanlığı təzəlikcə qəbul etmişdi. Hədiyyəyə görə çox sevindi. Məni öpüb qucaqladı. Sonra maraqlandı ki, ölkəmizdə dünya çempionatlarında iştirak edən olubmu. Xoşbəxtlikdən, 1994-ci ildə Tailandda keçirilən dünya kuboku çempionatında azərbaycanlı boksçu Rövşən Hüseynov qalib gəlmişdi. O da həmin görüşdə iştirak edirdi. Məhəmməd onun da əlini sıxdı və bizi təbrik etdi.
- Boksçu olduğunuz dövrlərdə ən yaddaqalan döyüşləriniz hansılar olub? - Ruisyadakı çempionatlarda komanda şəklində iştirak etdiyimiz yarışlar. 10 nəfərlik heyətlə getmişdik. Heyətimizdə 4 erməni də var idi. Qarşılaşdığımız komandlarda da ermənilər çox idi. Bizim komandada Rafael Qriqoryan adlı boksçu vardı. Mən ona təkbətək döyüşlərdə 4 dəfə qalib gəlmişəm. Rafael həmişə şikayətlənirdi ki, Abıyev keç başqa çəkiyə də. Heç olmasa mən də bir dəfə çempion olum. Ancaq mən ona aman vermirdim (gülür). O vaxt heç kim inanmırdı. Hamı deyirdi ki, Ağacan arıqdı, cavandı, o bacarmaz. Lakin mən elə həmin vaxtlarda çempionluğun zirvəsində idim. - Milli Məclisə 3 çağırışda deputat olmusunuz. Bu sahədə işlər necədir? - Millət vəkili olmaq sadəcə hansısa şərəfə malik olmaq, hansısa uğurun astanasında dayanmaq anlamı daşımır. Həqiqi millət vəkili olmaq istəyənlər yalnız insanların sosial həyat tərzini yaxşılaşdırmaq, onlara normal güzəran vermək məqsədi güdməlidir. Seçiciyə verdiyi vədə əməl etmək isə millət vəkilinin vicdan məsələsidir. Hazırda İntizam Komissiyiyasının sədri, elm və təhsil, həmçinin, ailə, qadın və uşaq məsələləri üzrə komitələrin üzvüyəm. Parlamentimiz dünyanın əksər Milli Məclisindən mədəni, intizamlı və yerini bilən bir toplanışdır. Əsl “seçilmişlər” qurumu! Həmkarlarımızdan heç birini digərindən ayırmırıq. Hər kəs öz xarakteri çərçivəsində çox gözəl insandır. Ən yaxşı yoldaş yolda tanınar deyiblər. Biz isə yola çıxanda qətiyyən narahatlıq keçirmirik. Çünki hər kəs bir-birilə yaxşı yola gedir.
- İntizam komitəsinin sədrisiniz. Parlamentdə intizam qaydaları pozulan zaman necə cəza tətbiq edirsiniz? - İntizam komitəsi olaraq, deyərdim ki, lap işsiz qalmışıq. Çünki məclis çox səliqəli şəkildə öz işini görür. Arada olur ki, hansısa deputat çıxışı zamanı etik qaydalar çərçivəsində olmayan sözdən istifadə edə bilir. Bu durumda komitə onu iclasdan sonra dəvət edir və iradını bildirir. Millət vəkili isə səhvini başa düşür və üzr istəyərək məsələni bağlayır. İntizam komitəsinin cəzası hələ ki, bu mərhələdən o tərəfə keçməyib. - Parlamentdə ən çılğın, alovlu xarakterdə olan deputat kimdir? - Bunu deyə bilmərəm. Hər kəs özünə, öz xasiyyətinə görə bir xarakter formalaşdırıb. Ancaq hər kəs parlament səviyyəsində öz hisslərini də, sözlərini çatdıra bilir. - Ağacan müəllim, 80 yaşınız var və... - (Sözümü kəsərək) yox, qızım, şəxsiyyət vəsiqəmi dəyişmişəm (gülür). - Çox gözəl... Bu yaşda bu qədər enerjini, zamanı haradan tapırsınız? Bir neçə işin məsuliyyətini eyni zamanda necə daşıyırsınız? - Mən boş dura bilmirəm. Elə öz-özümə deyirəm ki, nəsə etməliyəm. Tələbə vaxtı da belə idim. İkinci kursda oxuyanda həm də məşqçilik edirdim. Bu həyatım boyunca belə davam etdi. Bəs bu qədər işi mən görməsəm kim görəcək? Gərək gedək başqasına ağız açaq. O da bizə yaraşmaz. Öz insanlarımız, gənclərimiz dura-dura niyə başqasından kömək umaq?
- Bu qədər işin içində boş vaxt tapa bilirsiniz? - Boş vaxtlarımda rəsm çəkməyi sevirəm. Məncə, bu məndə əla alınır. Rəsm çəkməyə hələ Lipetskdə işlədiyim zamanlardan başlamışam. İnstitutda ziyarətimə gələn qonaqlar işlərimi çox bəyənirdilər. Onlar arasında Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da var idi. O, mənə yağlı boya ilə işləməyi məsləhət gördü. Əvvəl tərəddüd etdim. Sonra həvəsləndim və yağlı boya ilə çəkməyə başladım. - Sevdiyiniz rəssam kimdir? - Səttar Bəhlulzadə. Həm də mənim yerlimdir. Biz onunla elektriçkada bir yerdə gedib-gəlirdik. Doğrudan da, Səttar Azərbaycanın ən istedadlı rəssamlarından biridir.
- Bir təcrübəli və dünyagörmüş insan kimi biz gənclərə tövsiyələrinizi bildirin, zəhmət olmasa. - Oxuyun. İşləyin. İnkişaf edin. Özünüzə, sağlamlığınıza zaman ayırın. Dərs proqramları ilə kifayətlənməyin. Yaxşı mütəxəssis olmaq üçün əlavə araşdırmalar edin. Daim hərəkətdə olun, çalışın. Həyatınızın dəyərli anlarını gözəl şeylərə sərf edin. - Dəyərli insansınız. Hər şey üçün təşəkkürlər, Ağacan müəllim. - Mən təşəkkür edirəm.