Azərbaycanlı milyarderin şirkəti "Forbes"in siyahısında BİRİNCİ OLDU
Forbes jurnalı Rusiyada ən nəhəng 200 özəl şirkətin reytinqini açıqlayıb. "AzerTaym.az" yenicag.az xəbər verir ki, siyahıya azərbaycanlı milyarder Vahid Ələkbərovun prezidenti olduğu “LUKoil” neft-qaz şirkəti liderlik edib. Reytinq cədvəlində ikinci sırada “Maqnit” şirkəti qərarlaşıb. İlk üçlüyü “X5 Retail Group” bağlayıb. Ötən il sözügedən siyahıda ikinci sırada qərarlaşan “Surqutnefteqaz” isə bu il 2 pillə geriləyərək 4-cü yeri tutub. 5-ci sırada tütün məmulatlarının topdan satışı ilə məşğul olan “Meqapolis”, 6-cı sırada “Veon”, 7-ci sırada “Tatneft”, 8-ci sırada “Norilskiy nikel”, 9-cu sırada “Novatek”, 10-cu sırada isə “Rusal” şirkətinin adına rast gəlmək mümkündür. Qeyd edək ki, siyahıda ikinci yerdə qərarlaşan və pərakəndə ticarətlə məşğul olan “Maqnit” şirkətinin təsisçisi və hazırki ortaqlarından biri Sergey Nikolayeviç Qalitskidir. Milliyyətcə erməni olan və Arutunyan soyadı daşıyan milyarder evləndikdən sonra arvadının soyadını götürüb. O, həmçinin “Krasnodar” futbol klubunun prezidentidir.