"Qarabağ probleminin həlli üçün çox səy göstərdik, lakin alınmır..." — Dövlət Departamentinin rəsmisi

"Qarabağ probleminin həlli üçün çox səy göstərdik, lakin alınmır..." — Dövlət Departamentinin rəsmisi

ABŞ dövlət departamenti: Qarabağ probleminin mövcud olmasına baxmayaraq tərəflər özlərini çox rahat aparırlar

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sanksiyaların tətbiq edilməsi üzrə koordinatoru Daniel Frid Dağlıq Qarabağ məsələsi ilə əlaqədar maraqlı açıqlama verib.

"ABŞ uzun illər ərzində Qarabağ məsələsinin ədalətli həlli üçün səy göstərib. Biz Minsk qrupu çərçivəsində Fransa və Rusiya ilə işləmişik.

Şəxsən mən özüm dövlət katibinin köməkçisi vəzifəsində işləyərkən bu problemin həlli üçün çalışmışam. Məndən qabaq və sonra işləyənlər də buna cəhd göstərib. Lakin alınmır",- deyə Frid "Amerikanın səsi" radiostansiyasına verdiyi müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə hər iki tərəfin hökumətləri mövcud vəziyyətdə qalmaq istədiklərini və ya real nizamlama prosesinə başlamaq istədiklərini müəyyən etməlidirlər.

"Problem bundadır ki, hər iki ölkənin hakimiyyəti Qarabağ münaqişəsinə baxmayaraq özlərini həddən artıq arxayın hiss edirlər, onlar uzunmüddətli deyil, qısa müddətli perspektivi düşünürlər. Tərəflər nə istədiklərinə qərar verməlidirlər. Əgər sülh istəyirlərsə ABŞ kömək etməyə hazırdır",- deyə dövlət departamentinin nümayəndəsi bildirib.






Fikirlər