"Millətin qərarına kölgə saldılar" - Kamal KILICDAROGLU

"Millətin qərarına kölgə saldılar"

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu referendumun nəticələri ilə bağlı açıqlama verib. 

Kılıcdaroğlu qeyri-bərabər şərtlərdə bir referendum keçirildiyini vurğulayıb: “Bunu hər kəs bilir. Demokratiyaya sahib çıxmaq üçün əlimizdən gələn hər şeyi etdik. “Hə”ni müdafiə edənlər hüquq çərçivəsindən çıxdılar, amma biz hüquq daxilində səy göstərdik. Konstitusiyalar ictimai uzlaşma sənədidir. Bu, hamımızın Konstitusiyası olacaq - bir qrupun, bir partiyanın, bir ailənin deyil. Cəmiyyətin ən azı 50 faizi buna “Yox” deyir”.
Kamal Kılıcdaroğlu referendumun nəticələrinin mübahisəli olduğunu vurğulayaraq buna Yüksək Seçim Kurumunun (YSK) qərarlarının təsir etdiyini qeyd edib: “YSK bu referendumu mübahisəli vəziyyətə gətirdi. Millətin qərarına YSK kölgə saldı. YSK referendumun təhlükəsizliyindən məsuliyyətli idi” (modern.az).

AzerTaym.az






Fikirlər