İndoneziya səfiri: Bakının cəlbediciliyini artırmaq üçün Azərbaycanın təşəbbüsünü yüksək QİYMƏTLƏNDİRİRƏM"

"Mən, Bakı Şopinq Festivalının keçirilməsi yolu ilə Xəzər Dənizinin mirvarisi olan bu paytaxt şəhərin cəlbediciliyini artırmaq üçün Azərbaycan hökumətinin təşəbbüsünü yüksək qiymətləndirirəm".

"Report"un məlumatına görə, bunu bakushopfest saytına müsahibəsində İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.

"Bakının öz gözəlliyi var, belə ki, mən daim Bakıdakı qeyri-ənənəvi müasir memarlıqla qədimliyin uyğunlaşdırılmasını sevirəm, bu şəhərin həmişə mənim qəlbimdə yeri var” – səfir bildirib.

O əlavə edib ki, alış-veriş şənliyinin həyəcanı ilə əhatələnməklə yanaşı, Bakının gözəlliyini duymaq üçün İndoneziyadan və bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri dəstəkləyir.

"Ümid edirəm ki, bu tədbir hər bir istiqamətdə Bakı və onun əhalisinə daha müsbət atmosfer bəxş edəcək, həmçinin, insanlar burada dünya əhalisinin bir hissəsi olaraq birlik yarada biləcəklər”, - diplomat vurğulayıb.






Fikirlər