Milli Şuranın mitinqinə icazə verildi - Meriyadan cavab
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
BŞİH aksiyanın keçirilməsinə razılıq verib.
Qeyd edək ki, Milli Şura oktyabrın 28-də keçmiş "Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.