Əli Həsənovun NƏVƏSİNƏ hökm oxundu - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb. N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir. *** Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.