Sevil Əliyeva Azərbaycan XALQINI belə TƏBRİK etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. AzerTaym.az xəbər verir ki, S.Əliyeva bu barədə şəxsi İnstaqram hesabında yazıb. "Əziz bacılar və qardaşlar, qoy bu il əvvəlki illərin hamısından daha bəhrəli, daha ruzili olsun. Yanan ocaqlarınız könülləri isitsin. Sizi qarşıdan gələn Yeni il və xalqımızın əqidə və əməl birliyini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. Hamınıza möhkəm can sağlığı, sevinc, könül xoşluğu, ailə səadəti arzu edirəm",- deyə o qeyd edib.