SAAKAŞVİLİ POROŞENKONU İFŞA ELƏDİ – Krımın əvəzinə NATO?

Poroshenko-_Saakashvili

Mixail Saakaşvilinin sözlərinə görə, hələ 2014-cü ildə Poroşenko ona deyib ki, Kiyev bu reallıqla ilə barışmalıdır ki, Krım Rusiyanın tərkibində qalacaq. Bu barədə Gürcüstanın sabiq prezidenti jurnalist Dmitri Qordona danışıb. Bu söhbətin videosu Saakaşvilinin şəxsi «Feysbuk» səhifəsində dərc olunub.

Musaibədə Saakaşvili Maydan hadisələrini xatırlayır və Ukrayna siyasətinin perspektivlərindən danışır.

Sabiq prezident bildirib ki, Pyotr Poroşenko ilə yarımadada hadisələrin aktiv dövründə (fevral-mart 2014 il) Krım hadisələrini müzakirrə edib (Poroşenko 2014-cü ilin iyun ayında prezident olub).

«Mənim Poroşenko ilə söhbətim olub. O, mənə dedi: «Bilirsən, sən siyasi baxımdan artıq Cənubi Osetiya və Abxaziyanın heç vaxt Gürcüstanın tərkibinə qayıtmayacağı ideyası ilə barışmısan. Eləcə də biz, Krımın heç vaxt Ukrayna olmayacağı ideyası ilə barışmalıyıq. Ancaq biz bunu Avropa İttifaqı (Aİ) və NATO üzvlüyü ilə dəyişəcəyik»» – deyə, Saakaşvili bildirib.

Amma Saakaşvili qeyd edib ki, o, Poroşenko ilə razılaşmayıb: «Mən, ona dedim: Petya, Petro, mən o zaman onu hələ Petya deyə, çağırırdım və həmin dövrdə o, özünü «Siz» deyə, çağırmağı tələb etmirdi – o, hələ prezident deyildi – birincisi, sənə km dedi ki, mən bizim ərazilərin Gürcüstan olmayacağı ilə barışmışam? Onlar Gürcüstan olacaqlar və çox tezliklə olacaqlar…

İkincisi, sənə kim dedi ki, Krımı «sıxışdırmasanız», sizi Aİ və NATO-ya qəbul edəcəklər? Bu, sizi qəbul etməmək üçün səbəb olacaq, çünki sizin ərazi münaqişəniz olacaq.

Üçüncüsü isə sənə kim dedi ki, Krımda hər şey dayanacaq?».

Saakaşvili qeyd edib ki, Poroşenko həmin anda Donbas üzərində nəzarətin itiriləcəyinə inanmırdı, arxayın idi ki, Kiyev ölkənin şərqində «güclü mövqe»ni saxlayacaq.

Odessanın keçmiş qubernatoru qeyd edib ki, həmin dövrdə Krımın özündə yarımadanın Ukraynanın tərkibində saxlanması uğrunda aktiv mübarizə aparacaq insanlar var idi. Ancaq Kiyevdə xaos başlandı, Ukrayna hakimiyyətinin əlaqə saxladığı Barak Obama administrasiyası və şəxsən dövlət katibi Con Kerri isə onlardan sakitliyi saxlamağı tələb edirdi.

«Sizin fikrinizcə, yenidən prezident olmaq üçün Poroşenkonun şansı varmı?»- sualına cavab olaraq, Saakaşvili təyyarə bietini (Kiyevin Borispol aeroportuna enmə tarixi aprelin 1-i olan bileti) nümayiş etdirib. «Mən, Borispola uçmağa hazırlaşıram. Mən bu bileti ona görə aldım ki, arxayınam – Poroşenko ikinci tura keçə bilməyəcək. Və ikinci tura keçə bilməyəcəyi halda, mən tam əminəm, heç bir sərhədçi məni Ukraynaya buraxmamaq barədə onun əmrini yerinə yetirmək istəməyəcək, həm təkcə bu əmrini yox, bir çox cinayətkar əmrlərini…», – deyə Saakaşvili cavab verib.

AzPolitika.info






Fikirlər