İordaniya və Livan niyə Ermənistana silah satır? – POLİTOLOQ VƏ DEPUTAT onları QINADI...
İordaniya Krallığının və Livanın Ermənistana silah satması ilə bağlı sosial şəbəkdə məlumatlar dolaşır. Görəsən niyə məhz müsəlman dövlətləri müsəlmana dövləti olan Azərbaycanın deyil, xristian dövləti sayılan Ermənistanın maraqlarını müdafiə edirlər? Məsələylə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Hurriyyet.org-a bildirib ki, İordaniya dövlətinin xəyanəti yolverilməzdir və həmin dövlətin səfiri Azərbaycan Xarici İşləri nazirliynə çağırılıb, bununla bağlı izahat alınmaldır. O, Livan dövlətinə İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyinə xatırlatmaq lazım olduğunu qeyd edib: “Əlbəttə ki, İslam Konfransı Təşkilatı çərçivəsində bu dövlətlər Azərbaycanının ərazi bütövlüyünə dəstək ifadə edən anlaşmaya imza atıblar. Digər tərəfdən də bu dövlətlər işğalı pisləyiblər. İordaniya dövlətinin xəyanəti yolverilməzdir. Həmin dövlətin səfiri Azərbaycan Xarici İşləri nazirliynə çağırılıb, bununla bağlı izahatı alınmaldır. Onu da nəzərə almaq lazımdır ki, İordaniya kralı Azərbaycana səfər etməklə yanaşı, Ermənistana da səfər edib. Hətta, Ermənistanda iki gün qalıb, orda danışıqlar aparıb. Həmin vaxtdan, mən də şübhələr oyandı. Livan dövlətinə gəldikdə isə, həmin dövlətdə güclü erməni lobbisi var. Özümdə Livanda olmuşam. Livanda hətta, Daşnaksütun partiyasının nümayəndələri də var. Orda “ASALA” terror təşkilatı da yaranıb. Bir vaxtlar ermənilər, Livan parlamentində erməni soyqrımının tanıdılmasına da çalışıblar. Mən, 2000-ci ildə Livanda olanda, Livanın mərhum baş naziri Həririyə sual verdim ki, niyə Livan parlamenti Azərbaycan əleyhinə belə bir qətnamə qəbul edib?… O, məsələylə maraqlanacağını və belə bir halın olmadığını dedi. Hamı da bilir ki, Livanda güclü erməni lobbisi var. Livan arada Ermənistana dəstəyini də ifadə edir. Digər tərəfdən, Ermənistan və Livan arasında gediş-gəliş də çoxdur. Buna görə də, Livanın Ermənistana silah ötürməsində qeyri-adi hadisə görmürəm…Amma Livana xatırlatmaq lazımdır ki, Livan dövləti İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək verib . Bu imzaladıqları saizişə birbaşa hörmətsizlik sayılır. Əgər, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyəcəkləri təqdirdə, necə ki, Serbiayayla münasibətlərimizə bir daha baxmalı olduq, eləcə də İordaniya və Livan dövlətləri ilə münasibətlərimizə yenidən baxmalı olacayıq”. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, isə Livanın, müsəlman ölkəsindən daha çox, ermənilərin daha çox məskunlaşdığı və erməni lobbisinin güclü olduğu ölkə kimi qiymətləndirib. Hər iki dövlətin İslam Konfransı Təşkilatının üzvü olaraq, Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və bu dövləti ittiham edir, digər tərəfdən isə, Ermənistana silah satır deyə – Fəzail Ağamalı Hurriyyet.org-a bildirib: “İordaniyayla bağlı araşdırmalar gedir. Çünki, onlarda fəqli bir situasiyadır. Müsəlman dövlətləri olaraq, İran, İordaniya və Livanın bu cür münasibəti bizdə təəssüf doğurur. Livan İslam Konfransı Təşkilatının üzvü olaraq, Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və bu dövləti ittiham edir. Digər tərəfdən isə, Ermənistana silah satır. Bu əslində, ikiüzlü mövqe sayılır. Müsəlman aləminə və islam dəyərlərinə birbaşa xəyanət deməkdir. Livan, müsəlman ölkəsindən çox, ermənilərin daha çox məskunlaşdığı və erməni lobbisinin güclü olduğu ölkədir. Ona görə də, bu dövlətdən nə desən gözləmək olar. Bütün bunlara baxmayaraq, Tovuz hadisələri Azərbaycana dost və düşmən dövlətləri üzə çıxarmaq üçün prinsip oldu. Həmin ölkələrlə bağlı Azərbaycanın aidiyyatı qurumları araşdırıb, dövlət maraqlarımızı qoruyacaqdır”.