Siyavuş Novruzov kabinetini BOŞALTDI...
Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib. "AzerTaym.az" bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, S.Novruzov partiyanın qərargahına gəlmir. Onun kabineti də boşaldılıb. Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur. Qeyd: S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.