“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq lazımdır. Bütün siyasi-diplomatik təzyiqlərə rəğmən qətiyyən dayanmaq olmaz. Bu şansdan, imkandan yararlanaraq Şuşaya, Xankəndinə, Laçına, Kəlbəcərədək, hər bir qarış torpağımız azad edilənədək qovmaq lazımdır. Yalnız qələbə! Vəssəlam!.. Əminəm ki, Azərbaycan buna nail olacaqdır. Çünki ölkə rəhbərliyi də, xalq da, ordu da bu yolda tam qətiyyət, əzm, iradə nümayiş etdirir...”
Bu sözləri Milli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda apardığı müzəffər savaş haqda Moderator.az-a danışan eks-spiker Yaqub Məmmədov söyləyib.
“Sizin müstəqilliyimizin ilk aylarında işlətdiyiniz məşhur fikrinizin əksinə olaraq Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, ən azı at, top rolunda çıxış edir. Eləmi?” sualını isə Yaqub Məmmədov belə cavablandırıb:
“Əlbəttə!.. Artıq 30 ilə yaxındır müstəqil dövlət qurmuşuq, iqtisadi sahədə uğurlar əldə etmişik və güclü ordumuz formalaşıb. Bunun da nəticəsində ölkəmiz siyasi meydanda da sözünü deməyə, iradəsini diqtə etməyə başlayıb. Və bir daha təkrar edirəm ki, Qarabağdakı böyük qələbəmizə əminəm. Çünki bizim iş haqq işidir, biz öz torpaqlarımızı işğalçı düşməndən azad edirik. Və heç kəsin torpağında, malında-mülkündə gözümüz olmayıb və olmayacaq da. Odur ki, Allah, haqq-ədalət bizimlədir... Və əminəm ki, yaxın vaxtlarda Ermənistan üzərində tam qələbə qazanacağıq...”
Sultan Laçın