Azərbaycan Silahlı Qüvvələri ŞUŞAya girdi - Rusiya KİV
“Zaman” Telegram kanalı Azərbaycan Ordusunun Şuşa şəhərinə bir neçə saat əvvəl daxil olduğunu bildirib. “Biz Şuşadayıq! Azərbaycan əsgərləri bir neçə saat əvvəl şəhərə daxil oldular. Döyüşlər davam edir, ancaq ordu artıq şəhərdədir“, – deyə kanalın əməkdaşı məlumat verib. Bu barədə Rusiyanın məşhur “NEWS.ru” nəşri məlumat yayıb. Portal daha sonra yazır ki, “Oktyabrın 29-da tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutyunyan Azərbaycan qoşunlarının Şuşaya doğru irəlilədiklərini və şəhərdən bir neçə kilometr məsafədə olduqlarını söyləmişdi.