PAŞİNYAN GERİ ÇƏKİLDİ... - Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib.

"AzPolitika" xatırladır ki, Paşinyan ilk dəfədir ki, belə açıqlama verir.

“Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”, – deyən Nikol Paşinyan, rəsmi Bakının maneəsiz keçid şərtini qəbul etməyə hazırdırmı?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Paşinyan bu açıqlamaları ilə dəhlizlə bağlı əvvəlki fikirlərini korrektə etməyə hazır olduğunu göstərir: “Amerikalı diplomatlar Paşinyana deyiblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu, həm ABŞ-nin maraqlarına ziddir, həm də Ermənistanı Orta Dəhliz layihəsindən kənarda qoyacaq”.

Ekspert xatırladır ki, Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələrin və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi.






Fikirlər