Mona Lizanın evi satışa çıxarıldı – 23 MİLYONLUQ MALİKANƏ
Liza del Cokonda (Mona Liza) və onun əri Françesko del Cokondaya məxsus villa satışa çıxarılıb. Antinori adlandırılan villaya 23 milyon dollar qiymət qoyulub. Villa 27 akrdan ibarət park, kilsə, kənd evləri, limon meşəsi, eləcə də mülk sahibləri üçün 8 yataq və bir neçə qonaq otağından ibarətdir. Evin tavanını əvvəlki sahibləri tərəfindən bərpa edilən freskalar bəzəyir. Xatırladaq ki, Françesko del Cokonda ipək alverçisi olub. Ehtimal edilir ki, məhz o, Da Vinçinin “Mona Liza”da təsvir etdiyi qadındır. Belə bir versiya var ki, portreti onun əri sifariş edib.(aznews)