Habil Əliyevin oğlu depressiyaya düşüb

Bir vaxtlar yazdığı və oxuduğu hit mahnılarla tanınan müğənni Rəvan Habiloğlu səhnəni tərk edib.  

Milli.az-ın məlumatına görə, karyerasının ən parlaq çağını yaşayan müğənni hər şeyə son qoyaraq, gözlərdən itib. Müğənninin bu addımı səhhətində problemlər olduğuna görə atdığı deyilib.

 

Bəs əslində nə baş verib? Məlum olub ki, onu həyatdan küsdürən itirdiyi doğması olub. "Bu itkini həddindən artıq çətinliklə qəbul elədim. İnsanın özünü tanıması üçün valideynlərinin hər zaman yanında olması gərəkdir. Atamı itirdikdən sonra boşluğa düşdüm. Hələ də bu boşluqdan çıxa bilmirəm".

 

Uzun müddət depresiyyadan əziyyət çəkən Rəvan atası, mərhum sənətkar Habil Əliyevi hələ də unuda bilmir. Habiloğlu, atasızlığın yaratdığı boşluğu heç nə ilə əvəz edə bilmir. Bu ölüm nəinki onu sənətdən, hətta yaşamaqdan da soyudub. İndi onun tək təsəllisi anasıdır.






Fikirlər