Dağlıq Qarabağ üçün şok “Kerri planı” – DETALLAR
Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağla bağlı “Kerri planı”nın olduğunu açıqlayıb. Publika.az xəbər verir ki, “Lavrov planı”nın mövcud olmadığını deyən Koçaryan Ermənistanın “Kerri planı”nı təklif etdiyini bildirib.
“Bu Qarabağın müstəqilliyinin tanınmasıdır”, - deyə o qeyd edib.
Ermənistan XİN rəsmisi bu açıqlaması ilə ABŞ-ın, daha dəqiq desək Obama Administrasiyasının xain planını etiraf etdi. Hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağın müstəqilliyini tanımağımız üçün bizə təzyiq edirlər” mesajını da aydınlaşdırmış oldu.
ABŞ-ın hazırki dövlət katibi Con Kerri məlum “907-ci düzəliş”in müəlliflərindən biri olub. Həklə 90-cı illərdə Qarabağın ermənilərə verilməsi ilə bağlı Mixail Qorbaçova müraciət edib. O, son 4 ildə diplomatik fəaliyyəti boyunca erməni maraqlarının müdafiəçisi kimi tanınıb.
Koçaryanın açıqlamasından sonra bir daha məlum olur ki, Qarabağın müstəqilliyinin tanınması üçün Azərbaycana zaman-zaman təzyiqlər olub və bütün bu proses “Kerri planı” adı ilə tanınıb. Bu məsələ ötən ilin sonunda daha qabarıq şəkildə ortaya çıxıb.