“Mən ölüm hökmünün bərpasını dəstəkləyəcəm” – ƏRDOGAN

Похожее изображение

Türkiyə parlamenti ölüm hökmü cəzasının bərpa edilməsi məsələsinə konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra baxacaq.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyədə ölüm hökmünün bərpa edilməsi məsələsi ölkədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.

“Ölüm hökmünün bərmasına dair müraciət parlamentə aprelin 16-dan sonra göndəriləcək. Müxəlifət partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Dövlət Baxçalı bu layihəni dəstəkləməyə söz veriblər. Əgər parlament qanun layihəsini qəbul etsə, mən bu qərarı dəstəkləyəcəm”, – Ərdoğan deyib.

Türkiyədə sonuncu ölüm hökmü 1984-cü ildə icra edilib. 2004-cü ilin may ayında Avropa İttifaqına daxil olmaq üçün ölkədə ölüm hökmü ləğv olunub.






Fikirlər