“Ən yaxşısı odur ki, Sərkisyan özünü güllələsin!..” – Xocalı qatili üçün LAYİQLİ SONLUQ

Düşmənin aprel xofu güclənir – işğalçı odla oynayır...; Ermənistan prezidentinin Azərbaycana “İsgəndər” hədəsi işğalçıya baha başa gələcək; bu hədənin ardınca işğalçı qüvvələrin Ağdamda manevrlərə başlamasında əsas hədəf; rusiyalı siyasi texnoloq: “İsgəndər”lər hərbi qənimət kimi Azərbaycanın əlinə keçə bilər...” 

Həm 2 aprel parlament seçkiləri, həm də 4 günlük aprel müharibəsinin ildönümü yaxınlaşdıqca Ermənistan rəhbərliyinin təlaşı da güclənməkdədir. Məsələ ondadır ki, kriminal Sərkisyan rejimi bir yandan hakimiyyətdə qalmaq üçün seçkilərə hiylə qatmaq, bununla da öz ölkəsi daxilində siyasi durumun kəskinləşməsinə rəvac vermək zorundadırsa, digər yandan, bu durumdan Azərbaycanın yararlana biləcəyindən ciddi şəkildə narahatdır - üstəlik, seçkilərin aprel hərbi fiaskosunun ildönümünə təsadüf eləməsi ona qarsı psixoloji ovqatı şiddətləndirən amillərdən sayılır.

Ermənistan prezidenti Serj Sərkisyanın bu fonda Xankəndinə gedərək, orada özündən razı bəyanatlar verməsini, hətta Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsini siyasi təhlilçilər ən əvvəl haqqında söz gedən xofla əlaqələndirirlər. Necə deyərlər, Xocalı qatili həm qorxur, həm də qorxutmağa çalışır. Daha çox da əlbəttə ki, qorxur. Çünki Moskva İrəvana “İsgəndər” raket kompleksindən birtərəfli qaydada, öz istədiyi kimi istifadə eləməyə heç vaxt imkan verməz. Ermənistan özbaşına deyil. O, olsa-olsa, Rusiyanın Cənubi Qafqazdakı forpostu, marionetidir.


****

Image result for Sarkisyan


Bu arada erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində - Ağdamda hərbi təlimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, dünən səhər saatlarından etibarən Ağdam rayonunun işğal altındakı “Uzundərə” adlı ərazisində hərbi təlimlər başlanıb. Təlimlərdə ağır artilleriya qurğularından da istifadə edilir. Atəş səslərinin cəbhəyanı yaşayış məntəqələrində də eşidildiyi deyilir.

Seçkilər və 4 günlük aprel savaşının ildönümü öncəsi bu da eyni hədəfə hesablanıb təbii ki. Yəni söhbət həm də indiki hakim rejimin alternativsizliyi haqda erməni seçicisində və ictimai fikrində rəy formalaşdırmağa hesablanıb. Bəs belə təbliğat xarakterli gedişlər Sərkisyan hakimiyyətinin ömrünü uzada biləcəkmi?

Çətin. Hər halda, mövcud hakimiyyət iki prezidentlik müddətində öz xalqına verdiyi vədlərin heç birini tutmayıb. O sırada Dağlıq Qarabağ probleminin həllinə nail ola bilməyib. Əksinə, ölkədə iqtisadi tənəzzül, korrupsiya, emiqrasiya daha da güclənib, dolanışıq daha da ağırlaşıb.

****

O ki qaldı “İsgəndər” komplekslərinə, əksər analitiklərə görə, belə bir silahı Rusiya, sadəcə olaraq, rəsmi İrəvana təsəlli üçün, Ermənistanın heç vaxt ayaqlaşmayacağı Azərbaycan qarşısında öz başını qatmaq üçün “bahalı oyuncaq” olaraq verib. Ondan istifadə isə əlbəttə ki, Moskvanın əlindədir. Moskva da ki, müharibədə maraqlı deyil. Odur ki, atəşkəs dövründə Sərkisyan “İsgəndər”lə nə qədər şellənir, qoy şellənsin. Əks halda, rusiyalı siyasi texnoloq Denis Korkodinova görə, “İsgəndər”lər hərbi qənimət kimi Azərbaycanın əlinə keçə bilər.

Image result for İsgəndərlər


Musavat.com-un Minval.az-a istinadən verdiyi məlumata görə, siyasi texnoloq qənaətini belə izah edib: “Əgər nəzəri cəhətcə mümkün saysaq ki, Ermənistan vurma məsafəsi 50-280 km olan ”İsgəndər"dən Azərbaycan ərazisinə zərbə endirə bilər, bu, suveren bir dövlətə və onun mülki əhlisinə qarşı birbaşa hərbi təcavüz aktı demək olacaq. Çətin ki, bu halda Ermənistan dünya birliyi qarşısında özünə haqq qazandıra bilsin. Üstəlik, Azərbaycanın o halda Türkiyə və İsraillə olan hərbi anlaşmaların müddəalarına uyğun olaraq tam hüququ olacaq ki, strateji müttəfiqlərinə hərbi kömək üçün müraciət eləsin. Və onlar haqlı olacaq: “Ermənistan hücum edib, biz isə müdafiə olunuruq”. Belə qüvvələr nisbətində Sərkisyan üçün ən yaxşısı o olar ki, özünü güllələsin. Bununla yanaşı, unutmaq olmaz ki, “İsgəndər M”lərin də həssas, zəif yerləri var - nə barədə ki, Azərbaycan əla xəbərdardır və yəqin ki, bundan düşmənin hərbi potensialını məhv eləmək üçün yararlanacaq. Nədən söhbət gedir?"

Image result for Aprel döyüşləri


Təhlilçi bu xüsusda deyir: “Əvvəla, ”İsgəndər" tipli raket komplekslərinin start vəziyyətində qurulma vaxtı 20 dəqiqəyədək çəkir. Bu müddət də Azərbaycana imkan verir ki, həmin kompleksi raket atmağa macal tapmamış yerində neytrallaşdırsın. Ayrı sözlə, ermənilər nahaq yerə düşünürlər ki, Azərbaycanın hərbi aviasiyası mobil raket komplekslərinin yerini operativ şəkildə müəyyən edə bilməyəcək.

İkincisi, “İsgəndər” kompleksinin ciddi nöqsanlarından biri onu təzədən raketlərlə təchiz edən stasionar məntəqələrindən güclü asılılıqda olmasıdır. Bu məntəqələri məhv eləməklə Azərbaycan rəqibin raket gücünü bütünlüklə sıradan çıxara bilər - onun belə potensialı var. Raketlərsiz isə belə komplekslər Sərkisyan üçün mənasız “maşınlara” çevriləcək.

Image result for İsgəndər rocket


Üçüncüsü, müasir texnologiyalar əsri öz qaydalarını diktə edir. “İsgəndər” kompleksləri də daxil, istənilən texniki vasitə bu qaydaların güclü asılılığındadır. Söhbət proqram təminatından tutmuş, kosmik naviqasiya sistemlərinədək olan vasitələrdən gedir. Bu şəraitdə düşünmürəm ki, Ermənistan ərazisindən buraxılacaq raketlərin uçuş trayektoriyasına Azərbaycan öz korrektivlərini edə bilməsin.

Nəhayət, onu da qeyd eləmək lazımdır ki, “İsgəndər M” raket kompleksləri “uzaq hərəkət” trayektoriyası olan silahdır. Yəni yaxın döyüşlərdə o, tamamilə faydasızdır. Bu xüsusda “İsgəndər M” onu işlədən hərbi operatorlar ştatından əlavə, həm də rəqib qüvvənin hücumundan qorunmağa ehtiyac duyur. Nəzərə alsaq ki, erməni silahlı qüvvələri xeyli dərəcədə başıpozuq durumdadır, o zaman çətin ki, erməni əsgərləri raket komplekslərinə görə öz canlarını fəda eləsinlər. Böyük ehtimalla, erməni hərbi qulluqçuları “İsgəndər M”lərin yerləşdiyi ərazini tərk edəcəklər. Azərbaycan da sübhəsiz ki, bundan istifadə edəcək. Beləcə, prezident Serj Sərkisyanın öyündüyü raket kompleksləri Azərbaycan ordusunun hərbi qənimətinə çevriləcək".

 






Fikirlər