25 dərəcə isti OLACAQ

Картинки по запросу hava isti olacaq gifs

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarımadada hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22°  isti olacaq.
 Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olması gözlənilir. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir. AzerTaym.az






Fikirlər