12-22 may tarixlərində Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan "Azərişıq" ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir.
Qurumdan daxil olan xəbərə görə, idman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlər davam edir. "Azərişıq" ASC-nin Tədris Mərkəzinin yerləşdiyi "Gənclik" yarımstansiyasında məsul cavabdeh şəxslərin və növbətçi əməliyyat heyəti üçün keçirilən treninqdə əks-qəza məşqlərinin plan qrafiki barədə məlumat verilir. Təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir. Treninq iştirakçıları operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri, yəni yanğın, qəza və digər mümkün fövqəladə hallar üçün təlimatlar da əldə edirlər. Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcək. ASC-nin 292 əməkdaşı may ayının 10-a qədər təlim keçəcəklər.AzerTaym.az
Fikirlər