Makron 24 yaş böyük xanımı haqda danışdı: BEZMİŞƏM…
Əgər həyat yoldaşımdan 20 yaş böyük olsaydım, heç kim indiki kimi sual atəşinə tutmayacaqdı. Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron söyləyib. 15 yaşı olanda özündən 24 yaş böyük müəlliməsinə aşiq olan və illər sonra onunla evlənən Makron aralarındakı yaş fərqi haqda edilən müzakirələrdən bezdiyini bildirib: “Bəziləri bunun qəbuledilməz olduğunu bildirirlər. Münasibətimiz çox yaxşıdır. Yoldaşım bu haqda deyilənlərə əhəmiyyət vermir. Hazırda anamla onun arasında gəlin-qayınana münasibətindən daha çox dostluq münasibətləri var”. Qeyd edək ki, Bricit Makron Emmanuel Makronun seçki kampaniyası müddətində əhəmiyyyətli simalardan hesab olunurdu. Hətta bəziləri Makronun həyatını ondan daha yaxşı bilən ikinci şəxsin olmadığını bildirirdilər. İddialara görə, Fransadakı prezident seçkilərindən öncə “Vanidi Fe” saytına müsahibəsi zamanı “Seçilsəm…Üzr istəyirəm, seçilsək...” - deyərkən, Makron xanımını və özünü nəzərdə tutub. Bu da madam Tronyenin onun həyatındakı əhəmiyyətli rolunu bir daha göstərmiş olub.