Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarının final qarşılaşmasına baxıblar.
AzerTaym.az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında 125 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.
Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.
Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.
Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Fikirlər