Nazirlikdən XƏBƏRDARLIQ: Bu gün açıq havada GƏZMƏYİN!

Картинки по запросу hava isti olacaq gifs

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu gün şiddətli istilər olacaq. Bakıda və Abşeron yarımadasında iyulun  28-29-da  havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 28-dən  ayın sonunadək  hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu  35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən  iyulun 31-dək  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

AzerTaym.az






Fikirlər