Ağ evin 11 YAŞLI BAGBANI

Ağ evin 11 yaşlı bağbanı

Ağ evin bağçasında işləyən 11 yaşlı bağban prezidenti heyran edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Doland Tramp Nyu-Cersiyə getməmişdən əvvəl Ağ evin bağçasında işləyən bağbanla tanış olub və onun əzminə heyran qaldığını deyib.

Tramp bir müddət həyətdəki otları biçən oğlanla söhbət edib. O, 11 yaşlı bağbana işarə edərək “ölkənin gələcəyi burdadır, çox şanslıyıq” deyib.

Prezidentin "böyüyəndə kim olacqsan" sualına bağban “dəniz pişiyi” (ABŞ-ın hərbi dəniz qüvvələrinin xüsusi təyinatlıları) cavabını verib.






Fikirlər