MSK-nın bəzi səlahiyyətləri ƏLİNDƏN ALINIR
Bununla bağlı Seçki Məcəlləsinin 25-ci maddəsinin (Mərkəzi Seçki Komissiyasının vəzifələri) 25.2.6-cı və 25.2.11-ci bəndlərinə dəyişiklik təklif edilir. Təklif olunan dəyişikliyə görə, Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 25.2.6. seçki (referendum) bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edəcək. 25.2.11. seçki bülletenlərinin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edəcək. Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Modern.az