KREML də Britaniya diplomatlarını QOVUR - gərginlik PİK HƏDDƏ
Böyük Britaniyanın Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsindən sonra Rusiya diplomatlarını ölkədən qovması Kremli də analoji addım atmağa vadar edib. Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skripalın zəhərlənməsi faktına görə Britaniyanın Moskvanı ittiham etməsinin qəbuledilməz olduğunu qeyd edib. Lavrov Moskvanın cavab tədbiri olaraq Britaniya diplomatlarını ölkədən qovacağını vurğulayıb: “Mütləq. Bu, tezliklə olacaq” –deyə Lavrov bildirib. Xatırladaq ki, Böyük Britaniya Rusiya səfirliyinin 23 əməkdaşının ölkədən çıxmasına bir həftə vaxt verib.