"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI

"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI














Biz rayonda jurnalistikanı inkişaf etdirmək niyyətindəyik. Gələcəkdə radio və televiziya qurmaq istəyirik ki, insanlarımız daha çox maariflənsin”.

"AzerTaym.az" AzVision.az-a istinadən xəbər verir ki, bu fikirləri İsmayıllının icra başçısı Mirdaməd Sadıqov bildirib. O qeyd edib ki, icra başçılarının ən çox ehtiyat etdiyi və elə diqqət ayırdığı sahə də məhz media,mətbuatdır.

"Azərbaycan dövləti fəaliyyətlə məşğul olmaq üçün hər bir şərait yaradıb, yetər ki, hər kəs qanun çərçivəsində iş görsün. Bu baxımdan deyə bilərəm ki, icra başçılarının ən çox qorxduğu qüvvə jurnalislərdir. Çox vaxt reket jurnalistlər həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Amma icra başçılarını tənqid edən zaman mövzulara səthi yanaşırlar. Onlar aparılan işlərdən xəbəri olmadan informasiyalar yayırlar”.

"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI İcra başçısı İsmayıllıdan olan gənclərin İŞİD-ə qoşulmasından da söz açıb.
“Mən çox xəcalət çəkirəm ki, gənclərimiz İŞİD-ə qoşulurlar. Suriyaya gedənlərdən birinin meyiti rayona gəlib. Bu bizim ideologiyamızda olan boşluqdur ki, insanlarımız Qarabağı qoyub gedib İŞİD-ə qoşulur. Gənclər cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşması üçün pis vərdişlərdən uzaq olmalıdır, asudə vaxtlarını səmərəli keçirməlidirlər. Biz bu problemi birlikdə həll etməliyik. İsmayıllıda yeni idman lagerləri açılır, sanatoriyalar inşa edilir. İsmayılının gənclər paytaxtı seçilməsi tarixi əhəmiyyət daşıyır. Səsvermədə əksər rayonların infrastrukturu İsmayıllıdan yaxşı olsa da cəmiyyət bizə daha çox etibar etdi. Biz etimadı doğrultmaqdan ötrü bir çox layihələr həyata keçirəcəyik. Rayonda böyük gənclər mərkəzi inşa ediləcək. Gənclər üçün yeni işləri açılacaq.Velosiped zavodunda işləmək üçün gənc kadrlara üstünlük veriləcək”.


"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI
"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI"HAQLI TƏNQİDDƏN QORXMURUQ"-İCRA BAŞÇISI






Fikirlər