“MOSKVA QİSAS ALACAQ!..” – Ermənistanda REVANŞ panikası

İrəvana qarşı Kremlin yeni təhdidi – çempionat bitən kimi...; Putinin and içəndən bir gün sonra işğalçı ölkə özünə 1-ci şəxsi seçməlidir; erməni analitiklər həyəcan təbili çalır: “Kreml bizi qan gölündə boğmaq istəyir”; “Hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmalıyıq...”  

Dünən Rusiya prezidenti Vladimir Putin and içdi. Bununla da onun rəsmən 6 illik prezidentlik dönəmi başladı. Artıq ölkənin daxili və xarici siyasəti, bütövlükdə ölkənin taleyi ilə bağlı Putinin ən kritik qərarlar verməsi üçün formal maneə də qalmayıb.

Sözsüz ki, qarşıdakı illərdə Putin ilk növbədə nəzər-diqqəti “Yaxın xaric”ə - postsovet məkanına, o sırada da Rusiyanın maraqlar sferasında “arxa bağça” saydığı Cənubi Qafqaza yönəldəcək. Burada hərbi və iqtisadi cəhətcə daha da möhkəmlənməyə çalışacaq. Moskvanın möhkəmlənmək üsulları isə bəlli: hərbi güclə təhdid, şantaj və hətta hərbi müdaxilə (Ukrayna, Gürcüstan).

*****

Buna da şübhə yox ki, qarşıdakı 6 ildə ilk növbədə Rusiyanın dost-müttəfiqləri etibarlılıq testindən keçiriləcək. O sırada son illər Qərbə sarı fəal boylanmalar edib “iki stul”da oturmağa çalışan, hazırda isə “məxməri inqilab” dönəmini yaşayan şıltaq Ermənistan öndə gəlir.

Rusiya isə özünün siyasi orbitində demokratik rejimlərin mövcudluğunda maraqlı deyil. Çünki özü demokratik dövlət deyil və demokratik rejimlər ən azından, onun üçün diskomfort, qıcıq yaradır. Gürcüstan olayları görkdür. Ələlxüsus Ermənistan kimi quberniya statusu daşıyan formal dövlətdə demokratik rejimin qurulmasına Moskva heç dözməz - hansını ki, guya Nikol Paşinyan bərqərar eləmək istəyir.

Ä°lgili resim

Ən maraqlısı da budur - mayın 8-dən, Paşinyanın baş nazir olmasından sonra (əgər Moskva ona əngəl yaratmasa) baş verəcək proseslər olacaq. Bəs vassal Ermənistanın “demokrat” rəhbəri Paşinyan avtoritar və imperiyapərəst Rusiya və onun lideri ilə dil tapa biləcəkmi?     

*****

Bu xüsusda erməni təhlilçilərinin qeydləri ilə tanış olmağa dəyər.

“Rusiya nə vaxt ki, bizdə ölkənin dövlət maraqlarını dərk edən hakimiyyət formalaşanda Ermənistanı qan gölündə boğdu. 2008-ci il martın 1-də Rusiyanın himayəsi ilə azadlıq istəyən Ermənistan vətəndaşları güllbaran edildilər. ”Yeni Müsavat"ın məlumatına görə, bu barədə erməni siyasi  şərhçi Sərkis Arsruni 1 in.am nəşrindəki “Moskva Ermənistanı qan gölündə boğmaqla hədələyir” sərlövhəli təhlili məqaləsində yazıb.

erevan armenia pashinyan ile ilgili görsel sonucu

Müəllif ardınca qeyd edir: “Şübhəsiz ki, indi - bu dramatik günlərdə də iki Rusiya hərbi alayı Ermənistana gələcək. Hərçənd indi onları dəvət edən yoxdur:  Serj Sərkisyan getməyi üstün tutdu, Karen Karapetyanı isə meydanlara yığışan xalq və ERP (hakim partiya - red.) oyundan çıxardı. Bəs Kremlin revanş təhlükəsi sovuşubmu? Qətiyyən. Və hələlik aydın deyil ki, Rusiya iyunda futbol üzrə Dünya Çempionatına ev sahibliyi eləməsəydi, özün necə aparardı. Biz belə düşünməyə meylliyik ki, Moskvada daim revanş haqda düşünür və yalnız əlverişli fürsət gözləyir ki, Ermənistanda öz dayağını - kriminal oliqarxik sistemi bərqərar eləməklə Nikol Paçinayanın ətrafını ”minalasın"".

*****

“Böyük təhlükə var ki, Vladimir Putinin andiçməsindən sonra Rusiya Ermənistanda öz mövqelərini geri qaytarmağa çalışacaq”. Bu təlaş isə Armenianreport nəşrindəki “İnauqurasiyadan sonra Putin Ermənistanla məşğul olacaq” başlıqlı analitik məqalədəndir.

erevan armenia pashinyan ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, yazıda daha sonra deyilir: “Ölkəmizdə baş verənləri Kremldə dövlət çevrilişi hesab edirlər. Orada artıq Paşinyanı gözdən salmaq komandası verilib. Görünür, Kremldə heç kim Paşinyanın ”Rusiya ilə əlaqələr əvvəlki səviyyədə qalacaq" vədinə inanmır. Əslində onlar haqlıdırlar. Çünki bizim ölkəmizdə daha keç kəs Rusiya ilə “müttəfiqliyə”, Ermənistan qarşı satellit münasibətə dözmək fikrində deyil - hansı “müttəfiqlik” fonunda ki, Moskva bizim düşmənlərimizi silahlandırır və Ermənistanın blokadadan çıxmasına kömək eləmir".

Müəllif daha sonra yazır: “Ermənistanda baş verənləri Rusiyada qiyam kimi qəbul edirlər. Və bu qiyamı onlar mütləq yatırdacaqlar. Sual yalnız budur ki, hansı şəkildə. Biz hadisələrin istənilən inkişaf ssenarisinə, hətta ən sərt varianta hazır olmalıyıq. Bu mənada Nikol Paşinyan tamamilə tələsik bəyan edir ki, Rusiya bizim daxili işlərimizə qarışmayacaq. Mümkündür ki, o, sadəcə, məcburiyyətdən belə ritorika sərgiləyir. Axı ondan ötrü mühüm olanı qarşıya qoyduğu hədəfə çatsın və həqiqi mənada xalqın baş naziri olsun. Kreml Serj Sərkisyan və Robert Köçəryan vasitəsilə artıq əks-inqilaba cəhd edib. Bu cəhd kütləvi etiraz aksiyaları və bütün obyektlərin ağıllı blokadası ilə aradan qaldırılıb. Lakin Rusiya tərəfdən yeni qisas aktı təhlükəsi qalır. Həm də o səbəbə ki, Putin Ermənistan nümunəsinin Rusiya üçün yoluxucu ola biləcəyini anlayır. Sərkisyandan fərqli olaraq, Putinin qaçmağa yolu yoxdur. Çünki ruslarda çara sevgi ilə nifrət arasında cəmi bir neçə saniyəlik yol olur və qanlı haqq-hesaba gətirir. Ona görə də Sərkisyandan fərqli olaraq Putin qan tökülməsinə gedəcək”.

*****

Yuxarıdakı sitatlardan da aydınca görünür ki, erməni cəmiyyətində, onun ekspert camiyəsində bir yandan Nikol Paşinyanın “rəngsiz” inqilabından dolayı bir eyforiya yaşanırsa, o biri yandan Rusiya sarıdan bir təlaş var. Bu da əslində haqlı təlaşdır. Vassalın azadlığı yalnız sahibi icazə verdikdə mümkündür. Əks halda, erməni özfəaliyyətin ağır bədəlinə hazır olmalıdır - Rusiya ilə olmaq istəməməyin bədəlinə...          






Fikirlər