"MAŞIN"ın İLK FİNAL gecəsində PROBLEM YAŞANDI - Video+Fotolar
Ölkənin ən reytinqli şousu - “Maşın 16”ın ilk final gecəsi baş tutub. Axşam.az-ın məlumatına görə, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şou bu günə kimi bir çox maraqlı, gərgin, qalmaqallı hadisələri ilə yadda qalıb. “Xanımlar və Cənablar-2” devizi altında davam edən oyunda finala müğənni Roza Zərgərli, blogger Hüseyn Əzizoğlu və reper Uran qalıb. Xatırladaq ki, oyuna mübarizə aparmaq üçün aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı qatılmışdı.
Qaydalara əsasən, əlini ilk götürən uduzmuş, son götürən qalib hesab olunacaq. Bundan başqa, bu gündən etibarən iştirakçılar iki saat əlini dəyişməyəcəklər.
Bu gün iştirakçılara dəstək olmaq üçün bir çox müğənnilər də verilişə dəvət alıblar. Lakin yaranmış texniki problemlər üzündən 40 dəqiqəyə yaxın verilişin yayımında fasilə yaranıb, əvəzində reklamlar gedib. Ona görə yalnız müğənni Ceyhun Əliyev musiqisini təqdim edə bilib.
Bununla bağlı “Maşın”ın İnstaqram rəsmi səhifəsində Murad Dadaşovun video-müraciəti yayılıb.O bildirib ki, yaranmış texniki problemlərə görə verilişdə kəsilmə baş verib.