"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı övladları Heydər Əliyevin and içmə mərasimi münasibətilə təbrik edib. A.Mütəllibovun "ölkə.az"a göndərdiyi təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi və Birinci vitse-przezident Mehriban xanım Əliyevanı övladları Heydər Əliyevin and içmə mərasimi münasibətilə təbrik edirəm. Gələcək xidmətində uğurlar arzulayıram, sağ-salamat hərbi qulluğunu başa vursun, Vətənə, valideynlərinə layiqli övlad kimi yetişsin!". "Bu mövzuda heç bir vətəndaş fərqləndirilə bilməz. And içmə mərasimini mən də izlədim və qeyd etmək istəyirəm ki, bu addım ölkəmiz üçün həssas bir durumda, 20 faiz torpaqlarımızın işğal altında, ölkəmizin daim müharibə vəziyyətində olduğu bir anda, mürəkkəb beynəlxalq vəziyyətdə, ölkənin Prezidenti tərəfindən atılan tərifə layiq, ibrətamiz və olduqca məsuliyyəttli bir addımdır. Bunu hamıya, o cümlədən yüksək vəzifə daşıyan dövlət işçilərinə bir nümunə olacaq hadisə kimi dəyərləndirmək lazımdır. Əsgərlik həyatı gündəlik mülki həyatdan öz sərtliyi, ciddi rejimi ilə əsaslı şəkildə fərqləndiyinə görə bu hadisəni vurğulamaq zəruridir. Həmin hərbi hissə, nizam-intizam, fiziki hazırlıq, dözüm tələb edən bir hərbi hissə olduğundan, orada xidmət etmək hər bir əsgərdən daha yüksək keyfiyyətlər tələb edir. Bu baxımdan Heydər Əliyevin gərgin təlim keçdiyini, hərbi təlimlərə ciddi yanaşdığını müşahidə etdik. Onun hərbi duruşu, silahdan istıfadə qaydası, hərbi keçiddə səliqə ilə irəlliləməsi gərgin təlimlərin, ciddi nizam-intizamın bəhrəsidir. Hərbçilər bunu daha tez hiss edərlər. Yəni, təlimlərdə, belə desək güzəşt olunmayıb. Keçmiş Sovet İttifaqı dönəmindədə bu növ xüsusi hissələrdə xidmət, digər hərbi hissələrdə xidmətlə müqayisədə çox ağır zəhmət, dözüm, fiziki hazırlıq tələb edirdi. Hər əsgər bu cür hissələrdə xidmətə dözə bilmirdi, bacardığı qədər müxtəlif vasitələrlə digər hərbi hissələrə düşməyə çalışırdılar. Bu baxımdan da Heydər Əliyevin və valideynlərinin məhz ən çətin hərbi hissələrdən birini seçməsi alqışlanlamalıdır. Bilirsiniz, hərbi həyat gündəlik həyat deyil, yeni şərait, çətinliklər, yeni əhatə, bunlar hamısı nəzərə alınmalıdır. Övladının çətinliklərə sinə gərib üzü ağ çıxması hər bir valideyn üçün xoşbəxlikdir. Bu baxımdan prezidentlər də, birinci xanımlarda istisna deyil. Onlar da Vətənin övladıdır. İlk olaraq ata, ana, valideyndirlər. Sevinc və digər hisslər bütün insanlara aid olduğu kimi onlara da aiddir. Hesab edirəm ki, əsgər Heydər Əliyev birinci imtahandan müsbət qiymət alaraq öz valideynlərini, o cümlədən Ali Baş Komandan olan atasını və ona belə yüksək tərbiyə verməkdə xüsusi zəhməti olan anası Mehriban xanımı sevindirdi. Bu hissləri dil ilə təsvir etmək mümkün deyil. Prezident İlham Əliyev isə bu mərasimi ikiqat həyacanla həm ata kimi, həm də Ali Baş Komandan kimi izləyirdi. Mən bir daha Heydər Əliyevə gələcək hərbi xidmətdə uğurlar və ümumiyyətlə bu gəncə gələcək həyatında böyük nailiyyətlər arzulayıram".
Sabiq prezident qeyd edib ki, hərbi xidmət sağlamlığı, fiziki göstəriciləri uyğun gələn hər bir Azərbaycan övladının müqəddəs və şərəfli borcudur: