Paşinyanın böyük BLEFİ- gəlişindən sonra ölkəyə investisiya 11 dəfə azalıb...
Ermənistanda hakimiyyət dəyişikliyinə gətirən 8 may məxməri inqilabından sonra ölkə iqtisadiyyatında tənəzzül nəinki dayanmayıb, əksinə, daha da dərinləşməkdədir. Bunu təkcə biz demirik. Yerli müstəqil iqtisadçı ekspertlər də söyləyir və həyəcan təbili çalırlar. Əsas səbəb də işğalçı ölkədə inqilab sonrası davam edən daxili qeyri-müəyyən vəziyyətdir. Bununla belə, inqilabçı baş nazir Nikol Paşinyan iqtisadi xarakterli populist açıqlamalar və vədlər verməkdə davam edir. Guya ki, Ermənistanda artıq iqtisadi yüksəliş başlayıb. Bu da təbii ki, qarşıdakı erkən seçkilərlə birbaşa bağlıdır. Məsələn, bu günlərdə Paşinyan öz facebook səhifəsində yazmışdı: “Biz iqtisadi sıçrayış üçün güc toplayırıq. İnqilabın əvvəlindən - yəni may adından bu günə kimi bank sisteminin aktivləri 10,5%, kreditlər 7%, fiziki şəxslərin kreditləri 10,4%, hüquqi şəxslərin kreditləri 4,3%, əmanətlər 9,2% artıb”. Lakin keçmiş baş nazir və iqtisadçı Qrant Baqratyan onun gətirdiyi rəqəmlərə istehza edib və onların hamısını yanlış adlandırıb.
“Yeni Müsavat”ın aravot.am portalına istinadən verdiyi xəbərə görə, Baqratyan bununla bağlı öz facebook səhifəsində yazıb: “Bu rəqəmlərin hamısı yalandır. Birincisi, belə şeyləri Serj Sərkisyan da tez-tez deyirdi. Biz bir neçə dəfə ona etiraz bildirdik və o, daha bunları təkrarlamadı. İkincisi, baş nazir iqtisadiyyatın hazırkı durumundan narahat olmalıdır. O sırada ikinci rübdə birinci rüblə müqayisədə sərmayə yatırımı 11 dəfə azalıb. Birinci rüb onsuz da yaxşı deyildi. İndi isə sərmayələrin tam yoxluğu şəraitində kreditlərə sifarişlər artır. Bu isə yaxşı heç nə vəd eləmir”. 1in.am portalına müsahibəsində isə Baqratyan ölkə iqtisadiyyatının pis idarə olunduğunu, iqtisadi vəziyyətin get-gedə ağırlaşdığını söyləyib. ***** Məntiqlə də əgər ölkədə daxili siyasi böhran aradan qalxmayıbsa, hansı pozitiv iqtisadi gəlişmələrdən danışmaq olar - o ki ola “iqtisadi sıçrayış”. Bu, əlbəttə ki, blefdir, gözə kül üfürməkdir. Bəs növbədənkənar dekabr seçkiləri Ermənistana bu xüsusda nə vəd edir? Analitiklər bu xüsusda nikbin deyillər. “Erməni siyasətində pat vəziyyəti yaranıb. Ölkədəki hazırkı situasiya ondan xəbər verir ki, köhnə rejimə (Serj Sərkisyan dönəminə - red.) qayıdış mümkün deyil, amma irəliyə hərəkət də müşahidə olunmur. Bu, həmçinin Rusiya-Ermənistan münasibətlərinə aiddir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri EADaily portalına müsahibəsində rusiyalı politoloq, Avrasiya İnstitutunun direktoru Vladimir Lepexin söyləyib.
Politoloq daha sonra deyib: “Ermənistandakı ”məxməri inqilab"dan sonra Rusiya dəfələrlə bəyan edib ki, onun bu ölkəyə münasibəti dəyişməyib. Bu, həqiqətən belədir. Ancaq Ermənistanın baş naziri - əgər onun kadr siyasətini nəzərə alsaq - açıqca ölkənin istiqamətini Qərbə tərəf döndərir. Moskva ondan rusiyayönlü siyasət aparmağı tələb eləmir, yalnız münasibətlərdə aydınlıq istəyir, tərəfdaş kimi Ermənistan rəhbərliyindən dost davranışı gözləyir. Lakin hələ də aydınlıq yoxdur. Rusiyanın Ermənistan üçün xüsusi tərəfdaş olması haqda da yeni hökumətdən təsdiqi davranış yoxdur. Məsələn, Ermənistan-Rusiya əməkdaşlığının ziyanına olaraq, Ermənistanın açıq-aşkar NATO ilə yaxınlaşması, həmçinin təzə iqtidarın Qərb ölkələri və strukturları ilə xarici siyasət təmaslarının çoxalması bizi narahat etməyə bilməz. Paşinyan hökumətinin KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamları isə hələ də suallar doğurur və iki ölkə arasında əlaqələrin sabitliyini təhdid edir". Politoloqun sözlərinə görə, Paşinyanın reytinqi getdikcə düşdüyü üçün tələsir. “Ona görə də seçkiləri maksimum tez keçirmək istəyir. Ancaq buna görə onu çətin ki, ittiham eləmək mümkün olsun. O, sadəcə, hamı kimi qalib gəlmək istəyir. O ayrı məsələ ki, yeni baş nazirə xas olan idarəçilik stili Paşinyanın şəriksiz hakimiyyətə meylli olduğunu sübut edir. Paşinyan açıq-aşkar kollektiv oyunçu deyil. Bu mənada onu da qeyd edim ki, yaxın illərdə Ermənistanda demokratiya geri döndəriləcək, müxalif siyasi qüvvələr təqib olunacaq. Bunu Paşinyanı hakimiyyətə gətirən qüvvələr istəyir. Bax, onlara Paşinyan çətin ki, müqavimət göstərə bilsin. Düşünürəm ki, onu ”liberal diktator" rolu tamamilə qane edir. Yəni tam mümkündür ki, Nikol Paşinyan Levon Ter-Petrosyan (Ermənistanın birinci prezidenti - red.) tipli birinə çevrilsin", - deyə rusiyalı analitik sonda əlavə edib. *****
Rusiyalı ekspertin işarə elədiyi və baş nazir Paşinyanın arxasında durduğu deyilən qüvvə əlbəttə ki, ABŞ-dır. Sirr deyil ki, Ermənistanda “məxməri inqilab”ın qələbə ilə başa çatmasında Amerikanın həlledici “barmağı” olub. O sırada ABŞ səfiri, artıq səlahiyyət müddəti başa çatan Riçard Milzin prosesin Qərbin, Amerikanın maraqları çərçivəsində bitməsində məxsusi rolu olduğu deyilir. Təsadüfi deyil ki, bir neçə gün öncə İrəvandakı vida görüşündə Nikol Paşinyan amerikalı diplomata “inqilab zamanı tutduğu mövqeyə görə” xüsusi minnətdarlığını bildirdi. Milz isə öz növbəsində bundan sonra da “Ermənistanın (oxu: buradakı anti-Rusiya qüvvələrin) dostu olaraq qalacağını” vəd verdi. Belə qarşılıqlı minnətdarlıq və siyasi tost nümunələri təbii ki, Kremldə diqqətə alınmaqla yanaşı, onun “səbir kasası”nı yavaş-yavaş doldurmaqdadır. Belə görünür ki, seçkidən sonra Ermənistan uğrunda Rusiya-ABŞ rəqabəti maksimum həddə çatacaq. “Kartlar” da məhz elə o vaxt açıla bilər. Çünki inqilab memarı ABŞ təzə, qərbyönlü parlament formalaşandan sonra yəqin ki, öz adamı N.Paşinyandan geosiyasi oriyentasiya ilə bağlı qəti seçim tələb edəcək. “İki stul”da oturmaq siyasəti uzun sürə bilməyəcək... Ermənistanda hakimiyyət dəyişikliyinə gətirən 8 may məxməri inqilabından sonra ölkə iqtisadiyyatında tənəzzül nəinki dayanmayıb, əksinə, daha da dərinləşməkdədir. Bunu təkcə biz demirik. Yerli müstəqil iqtisadçı ekspertlər də söyləyir və həyəcan təbili çalırlar. Əsas səbəb də işğalçı ölkədə inqilab sonrası davam edən daxili qeyri-müəyyən vəziyyətdir. Bununla belə, inqilabçı baş nazir Nikol Paşinyan iqtisadi xarakterli populist açıqlamalar və vədlər verməkdə davam edir. Guya ki, Ermənistanda artıq iqtisadi yüksəliş başlayıb. Bu da təbii ki, qarşıdakı erkən seçkilərlə birbaşa bağlıdır. Məsələn, bu günlərdə Paşinyan öz facebook səhifəsində yazmışdı: “Biz iqtisadi sıçrayış üçün güc toplayırıq. İnqilabın əvvəlindən - yəni may adından bu günə kimi bank sisteminin aktivləri 10,5%, kreditlər 7%, fiziki şəxslərin kreditləri 10,4%, hüquqi şəxslərin kreditləri 4,3%, əmanətlər 9,2% artıb”. Lakin keçmiş baş nazir və iqtisadçı Qrant Baqratyan onun gətirdiyi rəqəmlərə istehza edib və onların hamısını yanlış adlandırıb.
“Yeni Müsavat”ın aravot.am portalına istinadən verdiyi xəbərə görə, Baqratyan bununla bağlı öz facebook səhifəsində yazıb: “Bu rəqəmlərin hamısı yalandır. Birincisi, belə şeyləri Serj Sərkisyan da tez-tez deyirdi. Biz bir neçə dəfə ona etiraz bildirdik və o, daha bunları təkrarlamadı. İkincisi, baş nazir iqtisadiyyatın hazırkı durumundan narahat olmalıdır. O sırada ikinci rübdə birinci rüblə müqayisədə sərmayə yatırımı 11 dəfə azalıb. Birinci rüb onsuz da yaxşı deyildi. İndi isə sərmayələrin tam yoxluğu şəraitində kreditlərə sifarişlər artır. Bu isə yaxşı heç nə vəd eləmir”. 1in.am portalına müsahibəsində isə Baqratyan ölkə iqtisadiyyatının pis idarə olunduğunu, iqtisadi vəziyyətin get-gedə ağırlaşdığını söyləyib. ***** Məntiqlə də əgər ölkədə daxili siyasi böhran aradan qalxmayıbsa, hansı pozitiv iqtisadi gəlişmələrdən danışmaq olar - o ki ola “iqtisadi sıçrayış”. Bu, əlbəttə ki, blefdir, gözə kül üfürməkdir. Bəs növbədənkənar dekabr seçkiləri Ermənistana bu xüsusda nə vəd edir? Analitiklər bu xüsusda nikbin deyillər. “Erməni siyasətində pat vəziyyəti yaranıb. Ölkədəki hazırkı situasiya ondan xəbər verir ki, köhnə rejimə (Serj Sərkisyan dönəminə - red.) qayıdış mümkün deyil, amma irəliyə hərəkət də müşahidə olunmur. Bu, həmçinin Rusiya-Ermənistan münasibətlərinə aiddir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri EADaily portalına müsahibəsində rusiyalı politoloq, Avrasiya İnstitutunun direktoru Vladimir Lepexin söyləyib.
Politoloq daha sonra deyib: “Ermənistandakı ”məxməri inqilab"dan sonra Rusiya dəfələrlə bəyan edib ki, onun bu ölkəyə münasibəti dəyişməyib. Bu, həqiqətən belədir. Ancaq Ermənistanın baş naziri - əgər onun kadr siyasətini nəzərə alsaq - açıqca ölkənin istiqamətini Qərbə tərəf döndərir. Moskva ondan rusiyayönlü siyasət aparmağı tələb eləmir, yalnız münasibətlərdə aydınlıq istəyir, tərəfdaş kimi Ermənistan rəhbərliyindən dost davranışı gözləyir. Lakin hələ də aydınlıq yoxdur. Rusiyanın Ermənistan üçün xüsusi tərəfdaş olması haqda da yeni hökumətdən təsdiqi davranış yoxdur. Məsələn, Ermənistan-Rusiya əməkdaşlığının ziyanına olaraq, Ermənistanın açıq-aşkar NATO ilə yaxınlaşması, həmçinin təzə iqtidarın Qərb ölkələri və strukturları ilə xarici siyasət təmaslarının çoxalması bizi narahat etməyə bilməz. Paşinyan hökumətinin KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamları isə hələ də suallar doğurur və iki ölkə arasında əlaqələrin sabitliyini təhdid edir". Politoloqun sözlərinə görə, Paşinyanın reytinqi getdikcə düşdüyü üçün tələsir. “Ona görə də seçkiləri maksimum tez keçirmək istəyir. Ancaq buna görə onu çətin ki, ittiham eləmək mümkün olsun. O, sadəcə, hamı kimi qalib gəlmək istəyir. O ayrı məsələ ki, yeni baş nazirə xas olan idarəçilik stili Paşinyanın şəriksiz hakimiyyətə meylli olduğunu sübut edir. Paşinyan açıq-aşkar kollektiv oyunçu deyil. Bu mənada onu da qeyd edim ki, yaxın illərdə Ermənistanda demokratiya geri döndəriləcək, müxalif siyasi qüvvələr təqib olunacaq. Bunu Paşinyanı hakimiyyətə gətirən qüvvələr istəyir. Bax, onlara Paşinyan çətin ki, müqavimət göstərə bilsin. Düşünürəm ki, onu ”liberal diktator" rolu tamamilə qane edir. Yəni tam mümkündür ki, Nikol Paşinyan Levon Ter-Petrosyan (Ermənistanın birinci prezidenti - red.) tipli birinə çevrilsin", - deyə rusiyalı analitik sonda əlavə edib. *****
Rusiyalı ekspertin işarə elədiyi və baş nazir Paşinyanın arxasında durduğu deyilən qüvvə əlbəttə ki, ABŞ-dır. Sirr deyil ki, Ermənistanda “məxməri inqilab”ın qələbə ilə başa çatmasında Amerikanın həlledici “barmağı” olub. O sırada ABŞ səfiri, artıq səlahiyyət müddəti başa çatan Riçard Milzin prosesin Qərbin, Amerikanın maraqları çərçivəsində bitməsində məxsusi rolu olduğu deyilir. Təsadüfi deyil ki, bir neçə gün öncə İrəvandakı vida görüşündə Nikol Paşinyan amerikalı diplomata “inqilab zamanı tutduğu mövqeyə görə” xüsusi minnətdarlığını bildirdi. Milz isə öz növbəsində bundan sonra da “Ermənistanın (oxu: buradakı anti-Rusiya qüvvələrin) dostu olaraq qalacağını” vəd verdi. Belə qarşılıqlı minnətdarlıq və siyasi tost nümunələri təbii ki, Kremldə diqqətə alınmaqla yanaşı, onun “səbir kasası”nı yavaş-yavaş doldurmaqdadır. Belə görünür ki, seçkidən sonra Ermənistan uğrunda Rusiya-ABŞ rəqabəti maksimum həddə çatacaq. “Kartlar” da məhz elə o vaxt açıla bilər. Çünki inqilab memarı ABŞ təzə, qərbyönlü parlament formalaşandan sonra yəqin ki, öz adamı N.Paşinyandan geosiyasi oriyentasiya ilə bağlı qəti seçim tələb edəcək. “İki stul”da oturmaq siyasəti uzun sürə bilməyəcək... (musavat.com) Eks-baş nazir Qrant Baqratyan indiki baş nazirin yalanını çıxardı, onun “Biz iqtisadi sıçrayışa hazırlaşırıq” sözlərinə istehza etdi və Paşinyanı Serj Sərkisyan yolu getməkdə suçladı; rusiyalı politoloq: “Ermənistanda pat vəziyyəti yaranıb...”
Eks-baş nazir Qrant Baqratyan indiki baş nazirin yalanını çıxardı, onun “Biz iqtisadi sıçrayışa hazırlaşırıq” sözlərinə istehza etdi və Paşinyanı Serj Sərkisyan yolu getməkdə suçladı; rusiyalı politoloq: “Ermənistanda pat vəziyyəti yaranıb...”