Rasim BALAYEV: “Babək”də atdan yıxılmağımın ƏZİYYƏTİNİ İNDİ DƏ ÇƏKİRƏM
Bu barədə sənətkar BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, Türkiyəyə müalicəyə getməyə hazırlaşır. “Belimdə kiçik yırtıq var. “Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışam. Onun altını indi çəkirəm. İndi də belimdə ağrılar var. Müalicə etmək üçün Ankaraya gedirəm. Bakıda əməliyyat etdirmək istədim. Lakin məsləhət görmədilər”, – deyə Rasim Balayev bildirib. Sənətkar müalicəsinin pulunu öz hesabına ödəyəcəyini də vurğulayıb: “İndi gedirəm, görüm nə qədər pul tutacaq. Əvvəlcədən həkimlə danışmışıq. Müalicənin qiyməti barədə konkret nəsə deməyib. Bildirib ki, bu o qədər də önəmli deyil. Düşünürəm ki, müalicə pulu əməliyyatın dəyərindən nisbətən ucuz olar. Əgər müalicə pulu çox olmasa, öz hesabıma ödəyəcəyəm. Yox əgər baha olsa, kömək üçün müraciət edəcəyəm”.