Tramp Klintonu həbs ETDİRMƏK İSTƏYİB
ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə əsas opponentləri olan Hillari Klinton və Federal Təhqiqatlar Bürosunun eks-direktoru Ceyms Komiyə qarşı cinayət işi açmağı planlaşdırıb. ABŞ KİV-i xəbər verir ki, Tramp bu barədə Ağ Evdəki məsləhətçilərinə deyib. Lakin məsləhətçilərdən Donald MakQan bu təkliflərə qarşı çıxıb. Bundan sonra, Trampın fikrindən daşındığı bildirilir. Məsələ ilə bağlı Ağ Evin mövqeyi məlum deyil.