Vanqanın 2019-cu il PROQNOZLARI
11 sentyabr, İŞİD və Brexit kimi bütün dünyaya təsir edən hadisələrlə bağlı proqnozları ilə məşhur olan bolqar əsilli kahin Vanqanın 2019-cu il üçün proqnozları ortaya çıxıb. Əsil adı Vangelia Qushterova olan Vanqa, Bolqarıstanda yaşayan çox məşhur öncəgörən olaraq tanınıb. Vanqanın İŞİD-in ortaya çıxması, 11 sentyabr terroru, Brexit prosesi kimi dünyaya təsir edən hadisələr barədə proqnozu bütün dünyada təəccübə səbəb olub. AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə bir çox təxminləri düz çıxan Vanqanın 2019-cu illə bağlı proqnozları maraq doğurur. Asiyanı siləcək böyük sunami... Bolqarıstanlı kahin 2019-cu ildə meqa sunami gözləndiyini və onun Asiyanın böyük bir hissəsini siləcəyini bildirib. Putinə sui-qəsd... 2018-də Putin və Rusiyanın böyük güc olacağını qeyd edən Vanqa 2019-cu il üçün proqnozlarını davam etdirib. Vanqa 2019-cu ildə Putinin yanında işləyən mühafizə komandasının içərisindən rus liderə sui-qəsd cəhdinin uğurlu olacağını iddia edib. Məşhur kahinin proqnozuna görə, gələn il içərisində ABŞ prezidenti Donalt Tramp sirli bir xəstəliyə yaxalanıb, problem yaşayacaq. Bu xəstəlik nəticəsində Trampda eşitmə problemləri meydana gələcək. Avropanın iqtisadi çöküşü... Vanqa, 2019-cu ildə Avropanın iqtisadi çöküşünün gerçəkləşəcəyini iddia edib
Vanqa 1996-cı ildə vəfat etsə də, günümüzdəki bir çox hadisəni əvvəlcədən görməsi ilə məşhurlaşıb.
Trampın sirli xəstəliyi...