ZÜLFİYYƏ Xanbabayevadan SEVGİ - Mesajı
Xalq artisti Zülfiyyə Xanbabayeva sosial media hesabında yeni paylaşım edib. "AzerTaym.az" Teleqraf.com-a istinadən xəbər verir ki, o, fotonun şərh bölməsini ürək sözlərini yazmağı da unutmayıb. "Həyat gözəldir. Və sevinirəm ki, məhz bu həyatı yaşayıram. Maraqlarımı, istəklərimi sevirəm. Bu havanı sevirəm. Həyatımı bağladığım, həm kədərimi, həm sevincimi bölüşdüyüm, bütün hisslərimi ifadə etdiyim musiqini çox sevirəm. Yaxınlarımı, dostlarımı, ailəmi isə lap çox sevirəm. Həyatda olan sonsuz gözəllikləri görməyimi, ürəyimdən gələnləri etməyimi, kimin üçünsə bəlkə anlamı olmayan, amma məni xoşbəxt edən anları sevməyimi sevirəm. Sevməyin özünü sevirəm!" deyə, Xanbabayeva yazıb. Qeyd edək ki, sənətçi sosial mediada gec-gec paylaşım edən sənətçilər sırasına daxildir.