“Maşın”ı bu dəfə də 2 nəfər tərk etdi + FOTOLAR
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətinin 5-ci günündə daha bir iştirakçı yarışmanı tərk edib. "Qafqazinfo"nun məlumatına görə, 14 nəfərin mübarizə apardığı yarışmada müğənni Nazim Pişyari gözlənilmədən əlini maşından götürüb.
** SMS səsverməsinə çıxarılan müğənni Niyam Salami isə 54,18 faiz səs toplayıb və şouda qalmağı bacarıb. O, meyxanaçı Aqşin Fatehi yarışmadan kənarlaşdırıb. Qeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.