İsa Qəmbərin dairəsində 10 məntəqə LƏĞV EDİLDİ
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Şəmsəddin Həsən oğlunun, Qəmbər İsa Yunis oğlunun, Gözəlov Nicat Əlimürsəl oğlu və digərlərinin müraciətinə baxılıb. "AzerTaym.az" pravda.az-a istinadən xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. O bildirib ki, şikayətçilər pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb ediblər: “Təqdim olunan materialların araşdırması zamanı 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34-cü seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir". Təklif səsverməyə çıxarılaraq qəbul edilib.