Şahzadə, nazir, deputat, səfir... - Koronavirus onlardan da yan keçmədi + SİYAHI

Şahzadə, nazir, deputat, səfir... - Koronavirus onlardan da yan keçmədi + SİYAHI

Bütün dünyada "şok effekti" yaradan koronavirusa yoluxanlar, hətta bu pandemiya səbəbilə həyatını itirənlər arasında siyasət adamları da var.

Yenisabah.az sözügedən şəxslərlə bağlı araşdırma edib:

İranın Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi martın 2-də koronavirusun qurbanı olub. Məhəmməd Mirməhəmmədi Əli Xamneyi və Əkbər Haşimi Rəfsəncaninin prezidentlikləri dövründə İran Prezident Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Milli Məclisin iki çağırışında deputat olub.

İtaliyanın Varese vilayətinin həkimlər ittifaqının sədri Roberto Stella da koronavirusdan dünyasını dəyişib. O 55 yaşında həyatını itirib. 

İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi də koronavirusdan ölən siyasət nümayəndələrindəndir. O, 82 yaşında dünyasını dəyişib. Xosrovşahi həm də koronavirusdan ölən ilk ruhanidir. Hadi Xosrovşahi inqilabdan sonra Ruhullah Xomeyninin İslami İrşad Nazirliyindəki nümayəndəsi, 2 il sonra isə bu ölkənin Vatikandakı səfiri vəzifəsinə təyin edilmişdi. O, həmçinin Romada "İslam Mədəniyyət Mərkəzi"nin təsisçisi idi.

İranın daha bir siyasi siması, Ekspertlər Şurasının üzvü Həşim Bəthayi Gülpeyaqani da koronavirusdan həyatını itirib. 78 yaşlı siyasətçi yerləşdirildiyi xəstəxanada ölüb. 

İran parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbəri də müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib. Qadın siyasətçidə koronavirus testi müsbət nəticə vermişdi. 

Türkiyə Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman da koronavirusdan ölüb. Onun həyat yoldaşı da koronavirusa yoluxduğuna görə müayinə altındadır. General 80 yaşında İstanbulda vəfat edib.

Kanadanın Baş naziri Castin Trudo və həyat yoldaşı Sofia Qreqori də virus daşıyıcısıdır.

İranın sabiq diplomatı və parlamentin keçmiş üzvü Hüseyn Şeyxülislam koronavirusdan dünyasını dəyişib. O müxtəlif vaxtlarda İranın Suriyadakı səfiri vəzifəsində çalışıb. Hüseyn Şeyxülislam həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub.

Bundan əlavə, Avstraliya Daxili İşlər naziri Peter Dutton virus daşıyıcısıdır. Kanadanın Baş naziri Castin Trudo və həyat yoldaşı Sofia Qreqori də koronavirusa yoluxub. Braziliya Prezidenti Jair Bolsonaru da koronavirusa yoluxanlar içindədir.

Fransanın Mədəniyyət naziri Frank Rister də koronavirusdur. İspaniyanın bərabərlik naziri İrene Montero koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İranın birinci vitse-prezidenti İsaq Cahangiri də koronavirusa yoluxan siyasətçilərdəndir. Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini İuri Nozadze də koronovirusdan əziyyət çəkir. Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı da koronavirusa yoluxma şübhəsi ilə karantinə yerləşdirilib. Buna səbəb onun xanımının Braziliya prezidentinin xanımı ilə görüşməsi olub.

Uels şahzadəsi Çarlzda da koronavirus aşkarlanıb. Bu barədə "The Guardian" nəşri xəbər dərc edib. Məlumat Bukingem sarayı tərəfindən təsdiqlənib. Şahzadə Çarlzın 71 yaşı var.

Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı da koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədir.

 






Fikirlər