Dövlətimizin əsas məqsədi vətəndaşların sosial RİFAHI və SAĞLAMLIĞIDIR
Azərbaycan dövlətinin hal-hazırkı şəraitdə öz vətəndaşlarına, xüsusən də aztəminatlı vətəndaşlara qayğı göstərməsi təqdirəlayiqdır. Ölkəmizdə bu gün elə bir şərait yaradılıb ki, vətəndaşlarımız həm mənəvi, həm də maddi cəhətdən öz dövlətinə güvənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda pandemiyaya qarşı təxirəsalınmaz tədbirlərin görüldüyünü, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparıldığınıhər birimiz müşahidə edir və alqışlayırıq. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında vətəndaşların məşğulluğu və sosial vəziyyətinin yaxşılaşdırılması üzrə mühüm istiqamətlərin yer alması, bütün dünyanı zəbt edənkoronavirus pandemiyasına qarşı mübarizədə, onun sosial-iqtisadi sahəyə mənfi təsirinin qarşısının alınması istiqamətində Azərbaycan dövləti tərəfindən atılan zəruri addımlar bir daha sübut edir ki, ölkədə aparılan siyasətin mərəkəzində vətəndaş amili dayanır. Bu ağır günlərdə dövlət öz vətəndaşlarının sosial rifahının qorunması üçün ardıcıl və məqsədyönlü addımlar atır. Bəli, Azərbaycan hökumətinin siyasəti sosial yönümlüdür. Son iki ildən çoxdur ki, sosial sahədə çox böyük islahatlar həyata keçirilir. Belə ki, əməkhaqqının artırılması ilə bağlı, pensiyanın artırılması ilə bağlı, məşğulluq sahəsində həyata keçirilən proqramlar və eyni zamanda qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin mənzil təminatı, əlillərin, veteranların sosial təminatı ilə bağlı kifayət qədər ciddi işlər görülür. Pandemiya dövründə də təbii ki, bu istiqamətdə görülən işlər ikiqat artırılıb və vətəndaş da sözsüz ki, bu qayğını öz üzərində bir daha hiss edir. Elə son günlərdə ölkəmizin müxtəlif guşələrində yaşayan vətəndaşlarımız tərəfindən Cənab Prezidentə ünvanlanan minnətdarlıq məktubları bu qayğının, sosial siyasətin təzahürüddür ki, bunu da bütün ictimaiyyət izləyir. Azərbaycan hökuməti həm səhiyyə sistemində, həm dövlət qurumlarının fəaliyyəti üzrə mexanizmlərinqurulmasında, eyni zamanda sosial paketin həyata keçirilməsində, sosial dəstəyin insanlara göstərilməsi ilə bağlı verilən qərarlarda çox böyük bir çeviklik göstərdi və fraktiki olaraq bu sosial paketdən ölkəmizdə yaşayan əhalinin təqribən yarısı faydalanmaqdadır. Bu gün 600 mindən çox insana məvacibin verilməsi, vəsaitlərin verilməsi, birdəfəlik yardımların verilməsi həyata keçirilir. İşləməyən insanlara bu və ya başqa şəkildə dəstəklər göstərilir. Ölkə rəhbərinin çağırışına dəstək olaraq pandemiya ilə mübarizə fonduna ayrı-ayrı vətəndaşlar da vəsaitlər köçürürlər. Eyni zamanda insanlar özləri də bir-birlərinə dəstək göstərirlər. Belə ki, imkanlı şəxslər aztəminatlı ailələrə yardımlar edirlər, bu xeyirxah işə qoşulurlar ki, bu da onların bu çətin dövrdə dövlətin və bir-birinin yanında olmasına gözəl nümunədir. Ümumiyyətlə, ölkəmizdə həm Prezident İlham Əliyev, həm də birinci xanım Mehriban xanım Əliyevanın sosial sahədə gördüyü işərin kifayət qədər ciddi əks-sədası həm ölkə vətəndaşları tərəfindən dəstəklənir, həm də beynəlxalq ictimaiyyət tərəfindən izlənilərək yüksək qymətləndirilir. Deyə bilərik ki, dünyanı cənginə alan bu amansız virusla mübarizədə Azərbaycan dövləti bir daha özünün nümunəsini sərgiləyir. Sözsüz ki, bir daha qeyd edim ki, əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahı və sağlamlığıdır. Aqiyə Naxçıvanlı Millət vəkili, professor