Dilqəm Əsgərov məktubunda 3 söz yazıb… Oğlundan AÇIQLAMA
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkiblər.
“Atamdan qısa məktub gətiriblər. Məktubda “Salam, yaxşıyam, sağol” deyə yazılıb. Başqa heç nə yazılmayıb. Koronavirus dövründə onlar təhlükədədirlər. Ümid edirik ki, tezliklə girovların dəyişdirilməsi prosesi baş tutacaq”, – deyə girovun oğlu söyləyib.
Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.