DTX-nın həbs etdiyi rəisin obyekti söküldü – FOTOLAR

 

DTX-nın həbs etdiyi sabiq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanovun obyektinin əlavə tikilisi sökülüb.

Zakir Sultanova məxsus Nizami küçəsi, 62C ünvanında yerləşən “Casual Brasserie” kafesinin əlavə tikilisinin söküntüsünə mayın 12-də başlanıb.

Söküntüdən sonra maraqlı mənzərə ortaya çıxıb. Məlum olub ki, kafenin əlavə tikilisi 3 kanalizasiya lyukunun üzərində tikilib.

Əldə etdiyimiz məlumata görə, Zakir Sultanovun bu obyekti məhkəmə qərarı ilə üzərinə həbs qoyulan mülkləri arasındadır.

Korrupsiyaya görə ifşa edilən Zakir Sultanov əslində kimdir ...F

Xatırladaq ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Onun mənzilinə və ofisinə baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmədə təqsirləndirilir./musavat.com/

“Casual Brasserie” kafesinin söküntüdən əvvəl və indiki fotolarını təqdim edirik:

Əvvəl

Sonra …






Fikirlər