PREZİDENT tapşırıq verdi: “QİSAS ALINSIN!”

img

Dünən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədilib. Bu təxribat və qəfil həyata keçirilən hücum nəticəsində artilleriya vasitələrindən istifadə edilməklə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində itki olub, bir neçə əsgərimiz isə yaralanıb. Şəhid olan əsgərlərimizə, hərbi qulluqçularımıza Allah rəhmət diləyirik, yaralananların isə tezliklə şəfa tapmasını diləyirik”.

 "AzerTaym.az" bildirir ki, bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, dərhal Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülüb: “Dünən gecədən etibarən və bu gün Ermənistanın bu kimi provokasiyalarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyu zəruri əks həmlə tədbirləri həyata keçirilir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclası keçirilib: “Bu iclasda da Ali Baş Komandan tərəfindən Azərbaycan Silahlı Qüvvələri qarşısında qisasın alınması və Ermənistan Silahlı Qüvvələrinin bu təxribatına həmişə olduğu kimi, layiqli cavab verilməsi ilə əlaqədar tapşırıq qoyulub. Baş vermiş hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan Respublikasının üzərindədir. Bu provokasiyalar onlar tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib. Ona görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. 

img






Fikirlər