Cəmi bir neçə saata düşmənə milyonlarla ZƏRBƏ VURDUQ
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ordusu düşmənin S-300 zenit-raket kompleksini, S-125 zenit-raket kompleksini, Su-25 təyyarəsini məhv edib. "AzerTaym.az" bildirir ki, iqtisadçı Qubad İbadoğlu düşmənin sıradan çıxarılan hərbi texnikasının qiymətini açıqlayıb. O bildirib ki, zenit raket kompleksi S-125 aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Rusiya istehsalıdır, təxmini qiyməti 45 milyon rubldur (1 milyon manatdır). Su-25 təyyarəsinin qiyməti isə təxminən 11 milyon dollardır (18,7 milyon manatdır). Beləliklə, Ermənistanın yalnız bir neçə saat ərzində milyonlarla manat dəyəri olan hərbi texnikaları sıradan çıxarılıb. Qeyd edək ki, S-300 zenit-raket kompleksinin qiyməti 115 milyon dollardır.