Avropa Məhkəməsindən seçki qərarı: Əli Kərimlinin müavini 10 min avro alacaq

 

avropa mehkeme.jpg

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı deputatlığa namizəd olmuş Fuad Qəhrəmanlı, Namizəd  Səfərov və Zəlimxan Məmmədlinin işi üzrə qərar qəbul edib.

Strateq.az bildirir ki, qərar “Qəhrəmanlı və digərlərinin işi” adlanır. Avropa İnsan Hüquqları məhkəməsi hər üç şikayətçinin 2010-cu ildə parlament  seçkiləri zamanı qarşılaşdıqları qanun pozuntularını araşdıraraq onların  xeyrinə qərar çıxarıb.

Məhkəmə hər bir şikayətçinin xeyrinə 10 min avro məbləğində mənəvi ziyana görə cərimə təyin edib.

Xatırladaq ki, ötən parlament seçkilərində Fuad Qəhrəmanlı, Zəlimxan Məmmədli və Namizəd Səfərovun namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasınının nümayəndəsiHüseynbala Mirələmov  deputat seçilib. Hal-hazırda da həmin dairədən YAP-ın namizədidir.






Fikirlər