"Ukraynada Kremlə bağlı "5-ci kolon"un zərərsizləşdirilməsi davam edir".
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O qeyd edib ki, bu ayın əvvəli Putinin yaxın adamı, oliqarx-siyasətçi Viktor Medvedçuka məxsus 3 xəbər telekanalının yayımı dayandırıldıqdan sonra bu gün Medvedçukun özünə qarşı sanksiya tətbiq olunub:

"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə Medvedçuk və onun həyat yoldaşı, keçmiş teleaparıcı, iş adamı Oksana Marçenkoya məxsus bütün aktivlər dondurulub. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) onları terrorçuluğun maliyyələşdirilməsində ittiham edir. Kollaborant Medvedçukun əzilməsi həddən artıq gecikmiş addımdır, bu aydındır. Amma burada önəmli və maraqlı məqam onun şəxsi taleyi yox, başlanan prosesdir. Məsələnin həm geosiyasi, həm də daxili siyasət aspektləri var. Zelenski çox ümid edirdi ki, hakimiyyətə gəlib, Donbasda sülhə nail ola biləcək. Məhz bu vədinə görə şərq vilayətlərindəki rusdilli əhali də ona səs vermişdi. Amma ötən müddətdə Zelenski yaşayaraq gördü ki, Putinə ədalətli sülh yox, Ukraynanın faktiki olaraq kapituliyasiyası lazımdır. Medvedçuk əleyhinə bu kampaniyanın anlamı budur ki, Minsk sülh prosesi iflasa uğrayıb və Kiyev hər hansı birtərəfli güzəştə getməyəcək.
Təcrübəsiz prezidentin Putinlə bağlı illüziyalarının dağılması ilə yanaşı, son aylar reytinqi də azalmağa başlayıb. Son rəy sorğularında Poroşenkonun partiyası - "Avropa Həmrəyliyi" önə keçib, milli yönümlü və millətçi elektoratın önəmli qismi bu partiyanın ətrafında toplaşır. Yeni siyasəti ilə rusiyameyilli elektoratı itirəcəyi aydın olan Zelenski patriotik düşərgəni də itirməyi gözə ala bilməz. Ona görə də radikal qərarların qəbulunda daxili siyasət amili də rol oynayır".
Putinin cavab addımları nədən ibarət olacaq? Ümumiyyətlə, olacaqmı?
Şahin Cəfərli bildirib ki, Putin hazırda ciddi-cəhdlə Vaşinqtondakı ab-havanı qoxlayır, Baydenin sərt addımlara hazır olub-olmadığını aydınlaşdırmağa çalışır:
"Çünki Ukraynanı cəsarətləndirən məhz ABŞ-dakı yeni hökumətdir. Obama dövründə olduğu kimi, ABŞ-dan sərt qarşılıq almayacağına əmin olduğu anda Putin Zelenskini cəzalandırmağa başlayacaq. İstisna deyil ki, ABŞ-ın reaksiyasını yoxlamaq məqsədilə Rusiya tərəfindən Donbasda kiçik miqyaslı provokasiyalar törədilsin. Məntiqlə, Ukrayna dövlətinin növbəti addımı Rusiyanın ölkədəki siyasi layihələrini, o cümlədən Medvedçukun partiyasını ("Müxalifətçi Platforma - Həyat Uğrunda") ləğv etmək olmalıdır".

Fikirlər