İranda general Qasim Süleymaninin heykəli yandırıldı - VİDEO

İranın Takestan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının öldürülmüş komandanı, general Qasim Süleymaninin heykəli yandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

 

Bildrilir ki, aksiyaçılar əvvəlcə İran hökumətini repressiv siyasətdə ittiham edib və İranın ali lideri Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər, sonra isə Qasim Süleymaninin heykəlini yandırıblar.

 

Xatırladaq ki, İranda əxlaq polisi tərəfindən saxlanılan gənc qızın ölməsindən sonra ölkə boyu etiraz aksiyaları başlayıb.

 

 






Fikirlər